Tramp Bakı və İrəvan arasındakı razılaşmadan danışdı: Putin inanmadı, mənə dedi ki...
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasiminin ildönümündə Ağ Evdə keçirilən brifinqdə iştirak edib.
Turkustan.az xəbər verir ki, Tramp çıxışına nailiyyətlərinin siyahısı olan bir qovluğu göstərərək başlayıb.
"Biz hərbi siyasət, müharibələrə son qoymaq və müharibələrin qarşısını almaq sahəsində digər administrasiyalardan daha çox iş görmüşük", - Ağ Ev rəhbəri bildirib.
Trampın sözlərinə görə, hətta tənqidçiləri belə onun nailiyyətlərini etiraf etməyə məcbur olublar.
Elan edilən nailiyyətlər arasında 143-cü yerdə Ermənistan və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması durur.
Tramp qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin özü də bu nəticədən təəccüblənib.
“Putin mənə dedi ki, bu müharibəni bitirdiyimizə inana bilmir”, - Tramp əlavə edib. O vurğulayıb ki, Moskva illərdir bu məsələ üzərində işləyir, lakin heç bir nəticə əldə edə bilməyib.
Prezident Ağ Evdəki ilk ilini "inanılmaz" adlandırıb və görülən işlərin hətta "Tanrıya qürur verəcəyini" vurğulayıb./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 21 Yanvar 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















