Tramp: Bayden hər zaman yatırdı və az qala ABŞ ı məhv edirdi
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp iddia etdi ki, sələfi Co Bayden bütün vaxtını vəzifədə işləmək əvəzinə yatmaqla keçirib və ölkəni dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qoyub.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlaması zamanı danışıb.
"Biz bir xaos miras almışıq. Əslində ölkəmizin böyük problem içində olduğunu mənə demişdin. Sizin istifadə etdiyiniz sözləri işlətməyəcəyəm. Ölkəmizin bir il yarım, iki il əvvəl öldüyünü düşünürdünüz. İndi isə dünyanın ən gözəl ölkəsi bizdədir. Bizdə sadəcə bir nəfər yatırdı. O, bütün rekordları qırıb. O, həmişə, gecə-gündüz, çimərlikdə mətbuatın müşayiəti altında çimərlikdə də yuxuya gedə bilən yeganə adam idi", - Tramp deyib.
Tramp ölkəyə investisiya cəlb etdiyini və tətbiq etdiyi rüsumların xeyir gətirdiyini iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 19 Noyabr 2025 03:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















