Tramp Baydenin qərarını ləğv edib, yaxın günlərdə İsrailə silah göndəriləcəyi bildirilir
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Donald Tramp administrasiyası Pentaqona daha əvvəl Co Bayden administrasiyasının İsrailə 2000 funt-sterlinqlik bomba satışına qoyduğu qadağanı ləğv etməyi əmr edib.
APA xəbər verir ki, bu barədə “Axios” üç İsrail rəsmisinə istinadən xəbər verir.
Məlumata görə, Baydenin keçən ilin may ayında 2000 funt-sterlinqlik bombaların göndərilməsini dayandırmaq qərarı Qəzzada 15 aydır davam edən qarşıdurma zamanı ABŞ-İsrail münasibətlərində ən ciddi böhranlardan birinə səbəb olub.
İsrail rəsmisi bildirib ki, Pentaqon ötən cümə günü qadağanın ləğvi barədə İsrail hökumətini xəbərdar edib. Rəsmi mənbələr hazırda ABŞ-da anbarda olan 1800 MK-84 bombasının yaxın günlərdə İsrailə göndəriləcəyini bildirir.
"İsrail tərəfindən sifariş edilən və haqqı ödənilən, lakin Bayden tərəfindən göndərilməyən bir çox şey indi yoldadır!" - Tramp bu barədə Truth sosial platformasında yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 26 Yanvar 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















