Tramp Baydenin sığınacaq verdiklərini qovur: Getmək vaxtınız çatıb
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ mühacirlərə bu ölkəni tərk etməklə bağlı xəbərdarlıq mesajı göndərib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Agentlik sabiq ABŞ prezidenti Co Bayden dövründə tətbiq edilən və 900 mindən çox insanın faydalandığı “CBP One” tətbiqi ilə ölkədə müvəqqəti yaşamaq icazəsi almış şəxslərə göndərilən elektron poçtu əldə edib.
ABŞ-də müvəqqəti yaşamaq hüququ verilmiş honduraslı mühacir ailəsinə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) göndərdiyi e-poçtda “Artıq ABŞ-ni tərk etmək vaxtınız çatıb” sözləri yazılıb.
Eyni e-poçtu alan digər şəxslər də bu barədə sosial paylaşımlar edib.
Donald Tramp prezident seçildikdən sonra sözügedən proqram bağlanıb və adı "CBP Home" olaraq dəyişdirilib.
Bu proqram vasitəsilə gələn mühacirlərdən ölkəni tərk etmələri tələb olunub.
ABŞ rəsmiləri belə bir mesajın göndərilməsini təsdiqləyiblər.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 08 Aprel 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















