Icma.az
close
up
RU
Tramp bəzi respublikaçılara Rusiyaya qarşı sanksiyaları dəstəkləməyi qadağan edib

Tramp bəzi respublikaçılara Rusiyaya qarşı sanksiyaları dəstəkləməyi qadağan edib

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ-da Demokratlar və Respublikaçılardan ibarət 15 senator Rusiyaya qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsini dəstəkləməkdən imtina edib. Onların çoxu bildirib ki, Donald Trampın "yaşıl işıq” yandırmasını gözləyirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Semafor” nəşri yazır.

Senatda Rusiyaya qarşı sanksiyalar qanun layihəsi niyə dəstəklənməyib?

Bu vəziyyət Trampın respublikaçılar üzərində hələ də ciddi təsir gücünə malik olduğunu göstərir. Bu səbəbdən, senatorların Rusiyaya qarşı sanksiyalar məsələsində Trampdan önə keçməsi ehtimalı azdır.

"Prezident Tramp istədiyi zaman mən qanun layihəsini imzalayacağam. Ona lazım olan elastikliyi vermək istəyirəm ki, nə etməli olduğunu sərbəst qərarlaşdırsın”, – deyə İndianadan olan senator Cim Benks jurnalistlərə bildirib.

Nəşrin məlumatına görə, qanun layihəsini dəstəkləməyənlərin 11-i respublikaçı, 4-ü isə demokratdır. Onların arasında Tramp administrasiyasının keçmiş səfiri Bill Hageri özünü qeyri-intervensiya tərəfdarı elan edən Rənd Pol və demokratların xarici siyasət üzrə tanınmış siması Kris Merfi də var.

"Tramp nə etmək istəyirsə, mən də onu istədiyini istəyirəm”, – deyə Viskonsindən olan respublikaçı senator Ron Conson da qanun layihəsini niyə dəstəkləmədiyini izah edib.

Senatda çoxluq lideri Con Tun jurnalistlərə bildirib ki, senatorlar yalnız Ağ Ev sanksiyalar qanun layihəsini dəstəklədiyi halda onu dəstəkləyəcəklər. O, respublikaçıların bu məsələdə Tramp və onun administrasiyasının mövqeyini dəstəkləyəcəyinə əminliyini ifadə edib.

Nəşr qeyd edir ki, bəzi respublikaçılar Rusiya lideri Vladimir Putini cəzalandırmaq istəyirlər. Lakin Trampın icazəsi olmadan onların bunu etməsi mümkün deyil.

Hazırda Ağ Ev qanun layihəsinin mətnindəki bəzi sərt ifadələri yumşaltmaq üzərində işləyir. Belə ki, mövcud variantda Rusiya enerji daşıyıcılarını idxal edən ölkələrə qarşı 500 faizədək rüsum nəzərdə tutulur. Məqsəd isə Putini atəşkəs danışıqları masasına oturtmaqdır.

Senator Lindsi Qrem və Riçard Blumental Ukraynaya yardım edən ölkələrə istisnalar tətbiq etməyi təklif edirlər. Qanun layihəsinə əlavə edilə biləcək dəyişikliklər arasında Trampa tarifləri tez bir zamanda artırmaq və ya azaltmaq səlahiyyəti də nəzərdən keçirilir.

Qrem daha əvvəl Trampın onun qanun layihəsini dəstəklədiyini demişdi. Lakin Tramp son vaxtlar fərqli yanaşma təklif edib.

"Tramp qanun layihəsindəki variantdan fərqli bir yanaşma irəli sürdü. Ona görə də mən ona qərar verməkdə sərbəstlik verməyə üstünlük verirəm. Mən Putini zəiflətmək ideyasını dəstəkləyirəm. Amma eyni zamanda Trampa mane olmaq istəmirəm”, – deyə Ohayodan senator Berni Moreno qeyd edib.

Nəşr vurğulayır ki, qanun layihəsi Senatda yekdilliklə dəstəklənmədiyi üçün onun irəliləməsi ləngiyir. Trampın Rusiyaya verdiyi 50 günlük ultimatuma görə layihənin sentyabrda müzakirəyə çıxarılması da çətinləşir, çünki bu dövr hökumətin maliyyələşməsi ilə bağlı proseslərə təsadüf edəcək.

Ümumilikdə demokratlar Ukraynanı dəstəkləməkdə və Rusiyaya qarşı sərt tədbirlərdə daha aktivdirlər. Lakin bu dəfə onların da dörd senatoru qanun layihəsinə qarşı çıxıb.

Rənd Pol bu qanun layihəsinin ən sərt tənqidçilərindən biridir. Jurnalistlərlə söhbətində o bildirib ki, hətta Tramp sonda onu dəstəkləsə belə, özü bu layihəyə səs verməyəcək:

"Bu, dünya ticarəti üçün dağıdıcı nəticələrə səbəb olacaq və yəqin ki, ölkə tarixində iqtisadiyyatımıza ən çox zərər vuracaq qanun olacaq. Ümid edirəm ki, qəbul olunmayacaq”, – deyə senator bildirib.

O həmçinin Trampın alternativ təklifi – Rusiya neftini alan ölkələrə qarşı 100 faizlik rüsumun tətbiqinə də qarşı olduğunu qeyd edib.

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson daha əvvəl bildirmişdi ki, Konqres Trampın Vladimir Putinə verdiyi 50 günlük ultimatuma qədər Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihələrinə baxmayacaq. Onun sözlərinə görə, Ağ Ev və administrasiyaya planlarını həyata keçirmək üçün imkan verilməlidir.

"Reuters” qeyd edib ki, Konqresin bəzi üzvləri Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqində israrlıdır. Onlar xüsusilə Rusiya nefti alan ölkələrə qarşı 500 faizədək rüsum tətbiqini dəstəkləyirlər.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyul 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri