Tramp bir neçə hökumət qurumunda ixtisarlar haqqında fərman imzalayıb
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp cümə günü Qlobal Media Agentliyinin və bəzi digər hökumət qurumlarının fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması haqqında fərman imzalayıb.
"Report" xəbər verir ki, müvafiq sənədi Ağ Ev dərc edib.
Qlobal Media Agentliyi xarici siyasətin təbliğinə cavabdehdir və "Amerikanın səsi" və "Azadlıq/Azad Avropa" kimi dövlət büdcəsindən maliyyələşdirilən ABŞ radiostansiyalarının fəaliyyətini əlaqələndirir. Rəsmi olaraq agentlik ABŞ hökumətinin müstəqil qurumu adlanır.
Siyahıya həmçinin Vudro Vilson Mərkəzi, Federal Vasitəçilik və Barışıq Xidməti, Muzey və Kitabxana Xidmətləri İnstitutu (ABŞ-də muzey və kitabxanalara dəstək göstərir), Evsizlik Problemləri üzrə İdarələrarası Şura, İnkişaf Maliyyə İnstitutları Fondu, Azlıqların Biznesinin İnkişafı Agentliyi və Arktikanın Tədqiqi Komissiyası daxil edilib.
Tramp hökumətin işinin səmərəliliyinin artırılması üzrə qurumla (DOGE) birlikdə federal işçilərin kütləvi şəkildə işdən çıxarılmasını və ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) və İstehlakçıların Maliyyə Müdafiəsi Bürosu kimi qurumların ləğvini həyata keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 15 Mart 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















