Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tramp bir türk ölkəsinə 22 Boinq verir, digərinə... Yeni düzən

Tramp bir türk ölkəsinə 22 Boinq verir, digərinə... Yeni düzən

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Avropa bölgəsinə marağı azalıb. Ağ Ev sahibi Avropa Birliyini zəif təşkilat, Avropa liderlərini isə cəsarətsiz siyasətçilər kimi qiymətləndirib. Trampın bu yanaşmasının səbəbi AB-nin müxtəlif məsələlərin həllində qəti addımlar ata bilməməsi və qitənin təhlükəsizliyinə diqqət yetirməməsiylə bağlıdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri uzun illər təhlükəsizliklərini ABŞ-a həvalə ediblər, bu dövlətlər büdcələrini ordularının saxlanılmasına deyil, insanlarının rifah hallarının yüksəlməsinə yönəldiblər:

“Bu, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə balşamasına və Tramp prezident seçilənə qədər davam edib. Vaşinqton artıq AB-nin təhlükəsizliyi ilə bağlı maliyyə yükünü daşımaq istəmir.

Bu arada, Tramp administrasiyasının diqqəti Avrasiya qitəsinə, o cümlədən Mərkəzi Asiyaya yönəlib. Ağ Ev sahibinin Azərbaycanla Ermənistanı barışdırmaq və “Tramp yolu” layihəsinin reallaşması istəyinin əsas hədəflərindən biri məhz Mərkəzi Asiyaya çıxış imkanı əldə etməkdir. Təsadüfi deyil ki, tarixdə ilk dəfə Mərkəzi Asiya liderləri 5+1 formatında Ağ Evdə ABŞ prezidenti ilə görüşüblər. Vaşinqtonda 5+1 formatında keçirilən görüş çərçivəsində ABŞ-la Qazaxıstan arasında 17 milyard dollar civarında 30-a yaxın saziş imzalanıb. Özbəkistan isə yaxın illərdə ABŞ-dan dəyəri milyardlarla dollar olan 22 “Boinq” təyyarəsi alacaq. Tramp bununla kifayətlənməyərək, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə telefonla danışaraq hər iki lideri gələn il Amerika Birləşmiş Ştatlarında keçiriləcək G20 sammitinə dəvət edib.

Trampın hədəfləri praqmatikdir. Qazaxıstan və Özbəkistan dünya uran ehtiyatlarının yarısına malikdirlər. Bundan başqa Mərkəzi Asiya ölkələri nadir metallara sahibdirlər. Smartfonlar, elektrik avtomobilləri və külək turbinləri başda olmaqla, digər texnoloji avadanlıqların istehsalında nadir torpaq elementlərindən istifadə edilir. Keçmiş illərdə Çin nadir torpaq elementlərini ABŞ və Avropa dövlətlərinə ixrac edirdi. Ancaq Çin bu ixaracatı kəskin şəkildə azaldıb. Pekinin məqsədi bu yolla rəqiblərinin istehsalını zəiflətmək, eyni zamanda öz məhsullarının dünya bazarlarında satışını artırmaqdır. Çindən əlləri üzülən Qərb ölkələri, o cümlədən ABŞ diqqəti Mərkəzi Asiyaya yönəldib”.

Ekspert xatırladıb ki, ABŞ Qazaxıstanla nüvə enerjisi sahəsində də əməkdaşlığı genişləndirib:

“ABŞ Qazaxıstanda modul tipli reaktorlar quraşdıracaq. Bu məqsədlə ABŞ Almatı şəhərində tədris mərkəzi açıb. Bu mərkəzdə modul tipli reaktorları çalışdıracaq mütəxəssislər hazırlanacaq. ABŞ bu sahədə Rusiya ilə rəqabətə girəcək. Məsələ burasındadır ki, Rusiyanın “Rosatom” şirkəti Qazaxıstanda atom elektrik stansiyasının tikintisini həyata keçirir. ABŞ isə Qazaxıstanda daha kiçik tutumlu atom elektrik stansiyaları inşa edəcək. Özbəkistan rəhbərliyi Qazaxıstandan nümunə götürərək ölkədə atom elektrik stansiyasının tikintisini planlaşdırır. Böyük ehtimalla Vaşinqton Özbəkistanda da modul tipli reaktorların tikintisini Daşkəndlə müzakirə edəcək.

Qazaxıstan və Özbəkistan ABŞ-la iqtisadi əlaqələri gücləndirməklə Çinin inhisarından qurtulmağa çalışırlar. Çin Mərkəzi Asiyada böyük layihələr həyata keçirir və bu ölkərə böyük miqdarda kreditlər verib. Bu kreditlər Mərkəzi Asiya ölkələrinin Çinə borclarının artmasına səbəb olub. Nəticədə Çinin Mərkəzi Asiya ölkələrinə təsir gücü artıb. Bunun təhlükəsizliklərinə xələl gətirdiyini anlayan Mərkəzi Asiya ölkələri ABŞ-la əməkdaşlığı genişləndirmək hesabına Pekin və Moskva ilə münasibətlərində balans yaratmağa çalışırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Dekabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see242

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see229

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see208

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see207

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see201

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see189

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see168

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see159

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see145

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri