Icma.az
close
up
RU
Tramp Birləşmiş Krallığa yola düşüb

Tramp Birləşmiş Krallığa yola düşüb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaşinqton, 16 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Krallığa yola düşüb.

AZƏRTAC-ın məlumatına görə, bu onun Böyük Britaniyaya ikinci rəsmi səfəridir. Prezident və birinci xanım səfərin ilk günü Vindzor qəsrinə düşəcəklər. Həmin günü heç bir görüş planlaşdırılmayıb. Sentyabrın 17-də rəsmi olaraq Vindzor qəsrinin şərq çəmənliyindən və London qülləsindən eyni vaxtda atılan atəşlə salamlama mərasimi keçiriləcək. Daha sonra onlar Kral Çarlz, Kraliça Kamilla, Şahzadə Uilyam və Şahzadə Ketrinlə birlikdə faytonla Vindzor malikanəsinə aparılacaqlar. Kral ailəsi Tramp ailəsini kral kolleksiyasına ekskursiyaya aparacaq. Prezident və birinci xanım daha sonra Kraliça II Yelizavetanın məzarı önünə əklil qoymaq üçün Müqəddəs Georgi kilsəsini ziyarət edəcəklər.

Növbəti gün Tramp Vindsor sarayından ayrılacaq və Baş nazir Kir Starmerlə görüşəcək. Görüşdə əsas müzakirə mövzularının ikitərəfli ticarət əlaqələri, investisiya, Ukrayna və Qəzza məsələlərinin olması nəzərdə tutulub.

Sonda tərəflər birgə mətbuat konfransı keçirəcəklər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see467

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see269

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see249

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see235

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see234

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see233

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see229

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see220

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see213

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see208

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see207

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see205

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see199

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see196

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see196

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see192

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see188

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see186

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri