Tramp: Biz tarixdə əvvəlkindən daha çox silah istehsal edirik
Icma.az, Banco.az saytına istinadən bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp ölkəsinin tarixində indiyə qədər heç olmadığı qədər silah istehsal etdiyini və bu silahların hər gün Yaxın Şərqdəki ABŞ qüvvələrinə çatdırıldığını açıqlayıb.
Banco.az xəbər verir ki, Tramp sosial media paylaşımında ABŞ-ın silah istehsalı ilə bağlı yeni bir hesabat aldığını bildirib.
Tramp bildirib ki, indicə ABŞ-ın tariximizin heç bir dövründən daha inkişaf etmiş və üstün silahlar istehsal etdiyinə dair bir məlumat aldım. Bunlar hər gün Yaxın Şərqdəki və digər bölgələrdəki qüvvələrimizə çatdırılır.
O bildirib ki, ABŞ-dakı müdafiə şirkətlərinin fabrikləri 24/7 fəaliyyət göstərir və hər bir şirkət orta hesabla 4-5 yeni irimiqyaslı istehsal müəssisəsi tikir.
Prezident bildirib ki, silah istehsalı xüsusilə "Patriot" və "THAAD" hava hücumundan müdafiə sistemlərinə, eləcə də "Tomahawk" və digər raket sistemlərinə yönəlib.
Tramp həmçinin ABŞ-ın artıq bu silah sistemlərinin böyük ehtiyatlarına malik olduğunu qeyd edib və müdafiə sənayesi istehsalının yüksək templə davam etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 15 Sentyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















