Tramp Böyük Britaniya ilə münasibətləri kəskin tənqid edib
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Böyük Britaniyanın hazırkı hakimiyyəti ilə münasibətləri tənqid edərək, Londonla ticarət sazişinin şərtlərinə yenidən baxılacağı ilə hədələyib.
Xalqcebhesi.az -ın xəbərinə görə, Amerika lideri bildirib: "Bu elə bir münasibətdir ki, biz onlardan kömək istəyəndə gəlmədilər, ehtiyacımız olanda gəlmədilər, hətta ehtiyacımız olmayanda da gəlmədilər. Və onlar hələ də gəlməyiblər."
Müxbir ondan "xüsusi münasibətləri" təsvir etməyi xahiş etdikdə, Tramp söhbətin məhz kimdən getdiyini dəqiqləşdirməli olub.
Tramp hədələyici tonda əlavə edib:
"Bu, kədərlidir. Biz onlara yaxşı ticarət sazişi verdik, hətta lazım olduğundan daha yaxşısını, lakin bunu hər zaman dəyişmək olar."
Bununla belə, o, aprelin sonunda ABŞ-a dövlət səfəri edəcəyi gözlənilən Böyük Britaniya Kralı III Çarlz haqqında çox xoş sözlər deyib:
"O, böyük centlmendir, mənim dostumdur. Fantastik insandır. Onu çoxdandır tanıyıram. Möhtəşəm şəxsiyyətdir."
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 15 Aprel 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















