Tramp: Böyük Britaniyanın müharibəyə münasibəti məni çox təəccübləndirdi
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
London, 16 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın müharibə ilə bağlı mövqeyindən çox təəccübləndiyini bildirib.
AZƏRTAC xəbər verir ki, Trampın sözlərinə görə, o, iki həftə əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə söhbəti zamanı Londondan bölgəyə hərbi gəmilər göndərməyi xahiş edib.
“İki həftə əvvəl dedim ki, niyə bir neçə gəmi göndərmirsiniz? Amma o bunu etmək istəmirdi”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp əlavə edib ki, Starmerə ABŞ və Böyük Britaniyanın ən qədim müttəfiqlərdən biri olduğunu xatırladıb və Vaşinqtonun Ukrayna məsələsində Londona göstərdiyi dəstəyi vurğulayıb. Onun sözlərinə görə, ABŞ Böyük Britaniyadan iki aviadaşıyıcı gəmi göndərməyi də xahiş edib, lakin London buna həvəs göstərməyib.
Tramp bildirib ki, sonradan Starmer Yaxın Şərqə aviadaşıyıcı göndərməyi təklif etsə də, bu təklif artıq müharibə başa çatdıqdan sonra irəli sürülüb.
“Mən Böyük Britaniyadan razı qalmadım. Düşünürəm ki, onlar bəlkə də iştirak edəcəklər, amma bunu daha həvəslə etməlidirlər”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 16 Mart 2026 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















