Icma.az
close
up
RU
Tramp Braziliyadan idxal olunan mallara 50 faiz rüsum tətbiq edir

Tramp Braziliyadan idxal olunan mallara 50 faiz rüsum tətbiq edir

Icma.az bildirir, Ayna portalına istinadən.

“Mən qərar verirəm ki, Braziliyadan gələn bəzi məhsullara 40 faiz əlavə tarif tətbiq etmək lazımdır və məqsədəuyğundur”

ABŞ Prezidenti Donald Tramp Braziliyadan gələn məhsullara yeni ticarət tarifləri tətbiq edən fərman imzalayıb. AYNA.AZ-ın xəbərinə görə, Ağ Evin rəsmi saytında dərc olunan sənədə əsasən, avqustun 1-dən bəzi Braziliya mallarına 40% əlavə tarif tətbiq olunacaq və ümumi tarif 50%-ə çatdırılacaq.

“Mən qərar verirəm ki, Braziliyadan gələn bəzi məhsullara 40 faiz əlavə tarif tətbiq etmək lazımdır və məqsədəuyğundur”, – Tramp açıqlamasında bildirib.

Amerika lideri buna əsas kimi göstərib ki, Braziliya hakimiyyətinin hərəkətləri ABŞ-ın milli təhlükəsizliyini təhdid edir və Amerika vətəndaşlarının hüquqlarını pozur. Tramp Braziliya hökumətini, o cümlədən Ali Məhkəmənin hakimi Aleksandr de Moraesi Amerika internet şirkətlərinin fəaliyyətinə müdaxilə etməkdə ittiham edib. Onun sözlərinə görə, Braziliya hakimiyyəti platformalardan ABŞ vətəndaşları tərəfindən yerləşdirilən məzmunu silməyi tələb edir və bu şirkətlərin rəhbərliyini cinayət təqibi ilə hədələyir. Trampın sözlərinə görə, bu, ABŞ Konstitusiyasının təmin etdiyi söz azadlığını pozur.

Bundan əlavə, fərmanda Braziliya hakimiyyətinə qarşı ölkənin keçmiş Prezidenti Jair Bolsonaronun siyasi motivli təqibinə dair ittihamlar da var. Ağ Ev hesab edir ki, bu hərəkətlər Braziliyada demokratik prinsipləri və qanunun aliliyini pozur və bu, ABŞ-ın xaricdəki maraqlarına da təhlükə yaradır.

Hələ fərman dərc edilməmişdən əvvəl Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında yeni tədbirlər elan edərək, avqustun 1-dən Braziliyadan gələn bütün mallara rüsumların 50% olacağını bildirmişdi. O həmçinin xəbərdarlıq edib ki, gələcəkdə ABŞ-ın qlobal təsirini sarsıtmağa yönəlmiş BRİKS təşəbbüslərinə qoşulan ölkələrdən idxala əlavə 10% rüsum tətbiq edə bilər.

Trampın hərəkətlərinə cavab olaraq Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Amerika liderinin təmkin və tarazlığa ehtiyacı olduğunu xatırladıb: "ABŞ kimi bir ölkənin prezidenti sözlərinə diqqət etməli, internetdə daha az vaxt keçirməli və dövlət başçısı kimi öz vəzifələrini daha çox yerinə yetirməlidir. O azad ticarət, çoxtərəflilik haqqında düşünməlidir, lənətə gəlmiş başlıqların arxasınca getməməlidir".

Yeni tariflərin mümkün nəticələrini şərh edən Lula vurğulayıb: “Əgər ABŞ bizdən satın almaq istəmirsə, bunu edənləri tapacağıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://ayna.az
archiveBu xəbər 31 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri