Icma.az
close
up
RU
Tramp Braziliyaya qarşı tarif savaşına başladı

Tramp Braziliyaya qarşı tarif savaşına başladı

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Amerika lideri Afrika ölkələrinin rəhbərləri ilə Ağ Evdə görüşü zamanı Braziliyanın ABŞ-yə çox pis yanaşdığını bildirib.
“2025-ci il avqustun 1-dən etibarən bütün sektor tarifləri ilə yanaşı, ABŞ-yə göndərilən bütün Braziliya mallarına 50% rüsum tətbiq edəcəyik”, - daha sonra Donald Tramp sosial mediada yazıb.
Tramp həmçinin bir daha Braziliyanın keçmiş prezidenti Jair Bolsonaruya dəstək verərək yerli hakimiyyət orqanlarının ona qarşı hərəkətlərini “siyasi cadugər ovu” adlandırıb.
Braziliya prezidenti Trampa məsləhət verdi | VİDEO Buna cavab olaraq Braziliyanın hazırkı prezident Luis İnasio Lula da Silva Trampa “internetdə az oturmağı və dövlət başçısı kimi öz vəzifələrini daha çox yerinə yetirməyi” tövsiyə edərək xatırladıb ki, Braziliya “belə bir prezidentlə artıq təcrübə keçib”.
Trampın Braziliyaya elan etdiyi rüsum savaşına qarşı tərəfin cavabı da özünü çox gözlətməyib.
- Tariflərdə istənilən birtərəfli artıma Braziliyanın Qarşılıqlı İqtisadi Tədbirlər haqqında Qanununa uyğun olaraq cavab veriləcək”, - Braziliya prezidenti “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, ABŞ-nin Braziliya ilə ticarət kəsiri olması iddiası doğru deyil. Belə ki, ABŞ-nin son 15 ildə Braziliya ilə müsbət ticarət balansı 410 milyard dollar təşkil edib. “CNN Brasil” telekanalını xəbər verir ki, Lula da Silva ABŞ-nin tariflərinə qarşı cavab tədbirlərini müzakirə etmək üçün administrasiyasının təcili iclasını çağırıb.
Donald Tramp, öz növbəsində, bildirib ki, Braziliya cavab rüsumları tətbiq edərsə, həmin həcmdə tarif 50 faizlik rüsumlara əlavə olunacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ prezidenti hətta BRİKS-i dəstəkləyən ölkələrdən də idxal olunan mallara qarşı əlavə 10%-lik rüsum tətbiq edəcəyi ilə hədələyib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azvision.az
archiveBu xəbər 10 İyul 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri