Tramp bu dəfə də Nyu Meksikonun adını dəyişmək istəyir
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın ad dəyişdirmə təşəbbüsləri bu dəfə Nyu-Meksiko ştatına qədər uzanıb.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, Tramp ABŞ-nin Nyu-Meksiko ştatının adının “Yeni Amerika” olaraq dəyişdirilməsini təklif edib.
Tramp bu təklifini sosial media hesabında paylaşdığı xəritələrdə də nümayiş etdirib. O, “Yeni Amerika” adının ştat üçün daha “prestijli və gözəl” olacağını bildirib.
Bu təşəbbüs Trampın daha əvvəl Meksika körfəzinin adını “Amerika körfəzi”, Ontario gölünün adını isə “Amerika gölü” kimi dəyişdirməsi ilə bağlı addımlarından sonra irəli sürülüb.
Nyu-Meksiko ştatının qubernatoru Mişel Lujan Qrişam isə təklifi rədd edib. O bildirib ki, ştatın adı müzakirə mövzusu deyil və Nyu-Meksiko adı ABŞ yaranmazdan əvvəl də mövcud olub.
Qeyd edək ki, Tramp ötən həftə, İranla müharibə davam edərkən, həmçinin Hörmüz boğazının adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif etmişdi.
Bu mövzuda digər xəbərlər:Tramp Fars körfəzinin adını dəyişmək istəyir
07 May 2025 06:57
Tramp: ABŞ Ontario gölünün adını dəyişmək istəyir
25 Avqust 2026 15:37
Yenə adını dəyişmək istəyir
10 İyun 2025 21:21
İndi də Hörmüzün adını dəyişmək istəyir
02 Sentyabr 2026 20:28
Tramp Pentaqonun adını dəyişmək niyyətindədir
05 Sentyabr 2025 09:25
Baxış sayı:123
Bu xəbər 09 Sentyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















