Tramp bu KİV ə qarşı 15 milyard dollarlıq məhkəmə iddiası qaldırıb
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetinə qarşı məhkəmə iddiası qaldırıb.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində məlumat yayıb.
O bildirib ki, nəşrə qarşı böhtan və nüfuzdan salma ittihamı ilə məhkəmə iddiası qaldırıb. Trampın sözlərinə görə, bu iddianı qaldırmaq onun üçün "böyük şərəfdir".
Tramp qəzetin "sol-radikal Demokrat Partiyasının ruporu" olduğunu və onu ölkə tarixindəki "ən pis qəzetlərdən biri" kimi xarakterizə edib. Məlumata görə, 15 milyard dollarlıq məhkəmə iddiası Florida ştatında təqdim olunub.
Prezident Tramp "The New York Times"ı 2024-cü il prezident seçkilərində onun rəqibi, o zaman vitse-prezident olan Kamala Harrisə açıq dəstək verməkdə və həm özünə, həm də ailə üzvləri ilə yaxın çevrəsinə böhtan atmaqda ittiham edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Sentyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















