Tramp ÇƏTİN VƏZİYYƏTDƏ: Amerikalı senatorlar ABŞ liderinin dediyinə inanmadı KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Senatındakı bəzi demokratlar ABŞ-ın İrana zərbələrinin nəticələri ilə bağlı məxfi məlumatlara və İranın nüvə proqramının məhv edildiyinə şübhə ilə yanaşırlar.
KONKRET.az xəbər verir ki, bu barədə senator Kris Mörfi deyib.
“Əminəm ki, bu proqramı məhv etməmişik. Prezident Donald Tramp bu proqramın məhv edildiyini deyəndə ictimaiyyəti bilərəkdən çaşdırırdı… Şübhə yoxdur ki, İranda hələ də əhəmiyyətli imkanlar, avadanlıqlar var”, – senator Tehranın nüvə silahı yaratmaq qabiliyyətindən danışarkən deyib.
Konqresin yuxarı palatasının üzvü Mark Uorner brifinqdən sonra qeyd edib:
“Aydındır ki, İranın nüvə proqramı zədələnib”. Uorner etiraf edib ki, Vaşinqton administrasiyasının İranı nüvə silahı yaratmaq imkanından məhrum etməklə bağlı bəyanatları Amerika xalqı üçün yanlış rahatlıq hissi yaradır.
Demokrat senator Riçard Blumentalın fikrincə, İranın nüvə obyektlərinin tamamilə məhv edildiyini əminliklə söyləmək hələ tezdir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 İyun 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















