Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp Çin vasitəsilə İranla dolayı anlaşma mexanizmləri qurmağa çalışır ŞƏRH

Tramp Çin vasitəsilə İranla dolayı anlaşma mexanizmləri qurmağa çalışır ŞƏRH

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Trampın 14-15 may tarixlərində Çinə planlaşdırılan rəsmi səfəri artıq beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Səfər ABŞ-Çin münasibətlərinin gələcək istiqaməti baxımından mühüm əhəmiyyət daşıyır".

Bu fikirləri Redaktor.az-a danışan politoloq Qəvami Sadıqbəyli ABŞ Prezidenti Donald Trampın Çinə səfərini şərh edərkən dedi.

Onun sözlərinə görə, bu səfər formal diplomatik görüşdən daha artıq məna daşıyır:

"Çünki söhbət XXI əsrin əsas geosiyasi rəqabətinin ABŞ ilə Çin arasında gedən qlobal güc mübarizəsinin yeni mərhələsindən gedir. Ən çox maraq doğuran məsələlərdən biri Trampın Çinə səfərinin əsas məqsədi nə olmasıdır. Müşahidələrə əsasən demək olar ki, Donald Trampın indiki Çin səfərinin strateji məqsədi ABŞ-Çin iqtisadi münasibətlərini sabitləşdirməkdir. Son illərdə Vaşinqton ilə Pekin arasında ticarət müharibələri, texnologiya sanksiyaları və tarif qarşıdurmaları dünya iqtisadiyyatına ciddi təsir göstərib. ABŞ administrasiyası xüsusilə yarımkeçiricilər, süni intellekt və nadir metallar sahəsində Çinin artan təsirindən ciddi narahatdır. Trampın əsas məqsədlərindən biri Çin bazarında Amerika şirkətləri üçün daha geniş imkanlar əldə etmək və iqtisadi münasibətlərdə nisbi sabitlik yaratmaqdır. Fikrimizcə, ABŞ biznes dairələrinin nümayəndələrinin səfərə cəlb olunması təsadüfi deyil. Bu, Vaşinqtonun Pekinlə iqtisadi əlaqələri tamamilə kəsmək istəmədiyini, əksinə, nəzarət olunan rəqabət modelinə keçmək niyyətində olduğunu göstərir".

Müsahibimizin sözlərinə görə, ABŞ İran məsələsində Çinin təsirindən istifadə etmək istəyir:

"Hazırkı mərhələdə ABŞ üçün ən həssas məsələlərdən biri İran ətrafında yaranmış böhrandır. Müşahidələrə görə, Çin İran üzərində müəyyən iqtisadi və siyasi təsir imkanlarına malikdir. Vaşinqton Pekinin Tehran rəhbərliyinə təsir göstərərək regionda gərginliyin azaldılmasına kömək etməsini istəyir. Xüsusilə Hörmüz boğazı və enerji təhlükəsizliyi məsələləri ABŞ üçün həyati əhəmiyyət daşıyır. Bir sıra mənbələrə görə, Tramp administrasiyası Çin vasitəsilə İranla dolayı anlaşma mexanizmləri qurmağa çalışır.
ABŞ Tayvan məsələsində “qırmızı xətləri” müəyyənləşdirmək istəyir. ABŞ-Çin münasibətlərində ən təhlükəli mövzulardan biri Tayvan problemidir. Pekin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir, Vaşinqton isə Tayvanın müdafiə potensialını gücləndirməyə davam edir. Görünən odur ki, Tramp administrasiyası bu səfərdə həm Çinə təzyiq göstərməyə, həm də mümkün hərbi eskalasiyanın qarşısını almaq üçün müəyyən qarşılıqlı anlaşma mexanizmləri formalaşdırmağa çalışacaq. Çünki Asiya-Sakit okean regionunda açıq hərbi qarşıdurma ABŞ üçün böyük iqtisadi və siyasi risklər yarada bilər".

O Çinin bu danışıqlardan nə qazanmaq istəyindən də bəhs etdi:

"Aydındır ki, Pekin də bu görüşə böyük strateji maraq göstərir. Hesab edirik ki, Çin rəhbərliyi də ABŞ ilə münasibətlərin tamamilə nəzarətdən çıxmasını istəmir. Xüsusilə texnologiya embarqoları, ixrac məhdudiyyətləri və qlobal bazarlardakı qeyri-müəyyənlik Çin iqtisadiyyatına əlavə təzyiq yaradır. Bununla yanaşı, Çin özünü beynəlxalq arenada daha sabit və praqmatik güc kimi təqdim etməyə çalışır. Çox güman ki, Pekin hazırda ABŞ-dəki daxili siyasi və iqtisadi problemləri diqqətlə izləyir və bu vəziyyətdən maksimum diplomatik üstünlük əldə etməyə çalışır. Mövcud şəraitdə Tramp-Si Cinpin görüşündən radikal dönüş gözlənilmir. Lakin aşağıdakı istiqamətlərdə müəyyən yumşalma mümkündür:

Qarşılıqlı tariflərin bir hissəsinin azaldılması; texnologiya sektorunda məhdud əməkdaşlıq; İran məsələsi ilə bağlı koordinasiya kanallarının yaradılması; Tayvan ətrafında hərbi ritorikanın müvəqqəti yumşaldılması; ABŞ şirkətlərinin Çin bazarına çıxışı ilə bağlı yeni razılaşmalar.

Lakin bütün bunlara baxmayaraq, ABŞ və Çin arasındakı strateji rəqabətin davam edəcəyi şübhə doğurmur. Çünki məsələ artıq yalnız iqtisadi maraqlarla bağlı deyil, gələcək dünya nizamında hansı dövlətin əsas güc mərkəzi olacağı ilə bağlıdır. Beləliklə, Donald Trampın Pekinə səfəri sadəcə diplomatik görüş kimi deyil, qlobal siyasi sistemin gələcəyinə təsir göstərə biləcək mühüm geosiyasi hadisə kimi qiymətləndirilə bilər. ABŞ və Çin arasındakı münasibətlərin istiqaməti yalnız bu iki ölkəyə deyil, bütövlükdə dünyanın siyasi və iqtisadi təhlükəsizliyinə birbaşa təsir göstərməyə davam edəcək".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 May 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see316

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see313

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see291

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see288

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see271

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see264

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see259

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see258

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see246

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see245

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see239

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see228

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see218

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see217

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see205

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see198

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see194

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri