Icma.az
close
up
RU
Tramp Çinə tətbiq edilən gömrük rüsumlarını azaltmaq niyyətindədir

Tramp Çinə tətbiq edilən gömrük rüsumlarını azaltmaq niyyətindədir

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp müəyyən məqamda Çinə qarşı idxal rüsumlarını azaldacağını bildirib, çünki bu addım olmadan Vaşinqton və Pekin bir-biri ilə iş görə bilməyəcək.

Oxu.Az-ın xəbərinə görə, Ağ Ev rəhbəri bu sözləri "NBC News" telekanalına müsahibəsində müvafiq sualı cavablandırarkən deyib.

Lakin o, belə bir qərarın nə vaxt verilə biləcəyi ilə bağlı vaxt çərçivəsini açıqlamayıb.

"Hansısa məqamda mən rüsumları azaldacağam, çünki əks halda onlarla biznes qura bilməyəcəyik", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Çin ABŞ ilə iş görməkdə "son dərəcə" istəklidir, çünki Çin iqtisadiyyatı hazırda "özünü çox pis hiss edir".

Qeyd edək ki, Donald Tramp aprelin 2-də 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiq olunacağını bəyan edib. 10%-lik universal rüsumlar aprelin 5-də, fərdi rüsumlar isə aprelin 9-da qüvvəyə minib. Daha sonra ABŞ lideri bir sıra ölkələr və ərazilərə münasibətdə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bildirib. Ağ Ev izah edib ki, fasilə ticarət danışıqlarının aparılması ilə bağlıdır və bu müddət ərzində "10%-lik universal rüsum" qüvvədə olacaq.

Eyni zamanda, Vaşinqton administrasiyasının rəhbəri Çin məhsullarına rüsumları 125%-ə qədər artırıb. ABŞ-nin Çindən gələn mallara tətbiq etdiyi ümumi rüsumlar hazırda 145%-ə çatır. Tramp administrasiyasının hərəkətlərinə cavab olaraq Çin aprelin 12-dən etibarən ABŞ mallarına tarifləri 125%-ə qaldırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 May 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri