Icma.az
close
up
RU
Tramp Davosda aləmi biri birinə vura bilər “Dünya yeni sarsıntılara hazır olmalıdır”

Tramp Davosda aləmi biri birinə vura bilər “Dünya yeni sarsıntılara hazır olmalıdır”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı ildə İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu (DİF) ABŞ Prezidenti Donald Trampın şəxsi iştirakı səbəbindən “kiçik Amerikaya” çevrilə bilər.

“AzPolitika” bildirir ki, bu barədə İsveçrə Radio və Televiziyasının (SRF) portalında dərc olunan materialda qeyd olunur.

Nəşrin yazdığına görə, builki forumun əsas fərqi ABŞ prezidentinin Davosda fiziki olaraq iştirak etməsi olacaq. Jurnalistlər Trampın “maqnit effekti” yaratdığını və onun yüksək səviyyəli nümayəndə heyətinə rəhbərlik etdiyini vurğulayırlar. Həmin heyətə, digər rəsmi şəxslərlə yanaşı, beş nazir də daxildir.

SRF xatırladır ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də Davosa ABŞ Konqresinin üzvləri, ştat qubernatorları və Amerikanın ən iri korporasiyalarının rəhbərləri gələcək.

Portalın qiymətləndirməsinə görə, Tramp forumda təkcə “qəbul görüşləri keçirməklə” kifayətlənməyəcək, eyni zamanda öz geosiyasi ambisiyalarını fəal şəkildə müdafiə edəcək.

Bu arada, “Financial Times” (FT) qəzeti yazır ki, Dünya İqtisadi Forumunun iştirakçıları Trampın xarici siyasət kursu ilə bağlı dərin narahatlıq keçirirlər. Qəzetin məlumatına görə, Venesuela prezidenti Nikolas Maduronun oğurlanmasından sonra Trampın İsveçrədə çıxış edəcəyi və İrana qarşı sərt mövqe sərgiləyəcəyi gözlənilir.

Nəşr xatırladır ki, Tramp seçki kampaniyası dövründə özünü sülhməramlı lider kimi təqdim edir, ABŞ-nin yeni münaqişələrə cəlb olunmamasını vəd edirdi. Lakin FT-nin qiymətləndirməsinə görə, onun müşavirlərinin də dəstəklədiyi “təmkin dövrü” artıq başa çatıb. ABŞ Yaxın Şərq və Latın Amerikasında “sərt intervensiya siyasətinə” qayıdıb, lakin bu, “Trampa xas üslubda” həyata keçirilir.

Qəzet yazır ki, Avropa liderlərinin əksəriyyəti Venesuela məsələsində ehtiyatlı mövqe tutur və ABŞ ilə münasibətlərin daha da pisləşməsindən çəkinir. Bununla belə, Qrenlandiya məsələsi ayrıca qiymətləndirilir. Danimarkanın – Aİ və NATO üzvü olan ölkənin tərkib hissəsi sayılan Qrenlandiya ilə bağlı ABŞ-nin güc tətbiq etməsi və ya Kopenhagenə sanksiyalar tətbiq etməsi NATO üçün fəlakətli nəticələr doğura bilər.

FT-nin qənaətinə görə, Avropa liderləri Davosda məhz bu mövqeni Trampa və onun komandasına çatdırmaq niyyətindədirlər.

“Tramp özünü sülhməramlı və problemləri həll edən lider kimi təqdim etməyi sevir. Lakin Davosdakı auditoriya və bütövlükdə dünya yeni sarsıntılara hazır olmalıdır”, deyə “Financial Times” yekunlaşdırır.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Yanvar 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see156

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri