Icma.az
close
up
RU
Tramp digər ölkələrdəki neft yataqlarına nəzarəti gücləndirməyə çalışır

Tramp digər ölkələrdəki neft yataqlarına nəzarəti gücləndirməyə çalışır

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ administrasiyası gələcək illərdə Venesuelanın neft sənayesində dominant mövqe əldə etməyi, bu ölkədə Rusiya və Çinin təsirini sıxışdırmağı planlaşdırır. Məqsəd dünya bazarında neftin istənilən markasının bir barel üçün təxminən 50 dollara satılmasına şərait yaratmaqdır.

Reyting.az xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.

Nəşrin təhlilində bildirilir ki, məsələ ilə tanış olan mənbələrin sözlərinə görə, nəzərdən keçirilən plan ABŞ-nın Venesuelanın dövlət neft şirkəti “PdVSA” üzərində müəyyən nəzarət qurmasını, o cümlədən neft hasilatının böyük hissəsinin alınması və satışını əhatə edir.

Bu strategiya ABŞ-a Qərb yarımkürəsindəki neft ehtiyatlarının əksəriyyətinə, o cümlədən ABŞ ərazisində və Amerika şirkətlərinin hasilata nəzarət etdiyi digər ölkələrdəki yataqlara təsir imkanlarını genişləndirməyə şərait yarada bilər.

Planın əsas məqsədləri Rusiya və Çini Venesueladan sıxışdırmaq, eləcə də Amerika istehlakçıları üçün enerji qiymətlərini aşağı salmaqdır. ABŞ prezidenti Donald Tramp köməkçilərinə bildirib ki, bu səylər neftin qiymətini bir barel üçün 50 dollara qədər endirməyə kömək edə bilər.

Lakin hazırda neft qiymətləri ABŞ-da gəlirli hasilat üçün artıq kifayət qədər aşağı səviyyədədir. Hazırda WTI markalı xam neftin qiyməti bir barel üçün təxminən 56 dollardır və bir çox şirkət üçün 50 dollar həddi zərər nöqtəsi hesab olunur. Uzunmüddətli ucuz qiymətlər Trampın əsas dayaqlarından biri olan ABŞ şist neft sənayesinə ciddi zərbə vura bilər.

Mənbələrin məlumatına görə, Tramp və komandası ABŞ qüvvələri tərəfindən prezident Nikolas Maduronun tutulmasından sonra bir neçə gün ərzində neft tədarükü üzərində nəzarəti təmin etmək məqsədilə Venesuela rəsmiləri ilə qeyri-rəsmi danışıqlara başlayıb.

Venesuelanın yeni lideri, müvəqqəti prezident Delsi Rodriges basqını və Maduronun tutulmasını “Venesuela-ABŞ münasibətlərinə ləkə” adlandırsa da, əlavə edib ki, iki ölkə arasında iqtisadi münasibətlər qeyri-adi deyil. Onun sözlərinə görə, Venesuela yarımkürədəki bütün ölkələrlə əlaqələrini qorumağa çalışmalıdır.

“PdVSA” daha əvvəl ABŞ-a neft satışı ilə bağlı danışıqlar apardığını və bu prosesin kommersiya müqavilələri çərçivəsində həyata keçirildiyini açıqlamışdı. Məsələ ilə tanış olan digər mənbələr bildirir ki, Tramp administrasiyası şirkətin neftini əldə etmək və potensial olaraq paylamaq məqsədilə “PdVSA” üzərində nəzarəti bir razılaşma vasitəsilə bərqərar etməyə çalışır. Bu razılaşmanın “Chevron” kimi enerji nəhənglərinin keçmiş və mövcud birgə müəssisələr üzərindən həyata keçirməsi mümkündür.

ABŞ-nın neft sanksiyaları son illərdə Venesuelada hasilatı xeyli azaldıb və ölkəni bir çox potensial alıcıdan uzaqlaşdırıb. Hazırda Çin Venesuela neftinin ən böyük idxalçısıdır. ABŞ-nın istehsal, marketinq və paylama üzərində nəzarəti isə neftin son təyinatına ciddi təsir göstərə, eyni zamanda Amerika şirkətləri üçün əlavə mənfəət yarada bilər.

Çinin dövlət şirkəti CNPC hazırda Venesuelada ən böyük paya malikdir. Bu həftə ölkədə maraqları olan aparıcı Çin şirkətləri Pekindən investisiyalarını necə qorumaq və fəaliyyətlərini Çinin diplomatik strategiyası ilə uyğunlaşdırmaq barədə məsləhətlər alıblar.

Donald Tramp Venesuelanın ABŞ-a 30-50 milyon barel arasında sanksiyalı neft tədarük edəcəyini açıqlayıb. Mayamidə keçirilən “Goldman Sachs” investor konfransında ABŞ-nın enerji naziri Kris Rayt bildirib ki, Vaşinqton bloklanmış Venesuela neftini “qeyri-müəyyən müddətə” satmağı planlaşdırır.

Tramp uzun müddətdir hasilatın artırılmasını və neft qiymətlərinin aşağı salınmasını iqtisadi üstünlük kimi qiymətləndirir və ikinci prezidentlik dövründə bunu prioritet hesab edir. Seçicilərin enerji qiymətləri ilə bağlı narahatlıqları artdıqca və ara seçkilər ərəfəsində onun reytinqləri aşağı düşdükcə bu təşəbbüs daha da aktuallaşıb.

Bununla belə, Trampın planı Venesuela neft sənayesinin uzun illərdir investisiya çatışmazlığından əziyyət çəkməsi səbəbindən ciddi çətinliklərlə üzləşə bilər. Analitiklər bildirirlər ki, hasilatın əhəmiyyətli dərəcədə artırılması üçün on milyardlarla dollar investisiya və bir neçə il vaxt tələb olunacaq. Hazırda regionda fəaliyyət göstərən yeganə iri Amerika şirkəti “Chevron”dur və yeni şirkətlərin tez bir zamanda işə başlaması üçün lazımi infrastruktur və logistika imkanları yoxdur.

Mənbələrin bildirdiyinə görə, ABŞ-nın Venesuela neftindən istifadə planının necə həyata keçirilə biləcəyi ilə bağlı neft şirkətləri rəhbərləri ilə danışıqlar davam edir. Bu cür görüşlər çərşənbə günü Mayamidə baş tutub. Trampın isə cümə günü Ağ evdə “Chevron”, “Exxon” və digər iri neft şirkətlərinin rəhbərləri ilə görüşü planlaşdırılır.

Y. QACAR


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 Yanvar 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri