Icma.az
close
up
RU
“Tramp dünya nizamını böyük dövlətlər prinsipi üzərində qurur“ Aleksandr Duqin

“Tramp dünya nizamını böyük dövlətlər prinsipi üzərində qurur“ Aleksandr Duqin

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Trampın siyasəti qlobalizmi tamamilə sıradan çıxarmağı və dünyanı böyük dövlətlər əsasında yenidən formalaşdırmağı hədəfləyir..." 

Amerika siyasətində Donald Tramp və onun tərəfdarları qlobalizmdən imtina edərək, dünya siyasətini "böyük dövlətlər" prinsipi üzərində qurmağa çalışır. Bu, Trampın "Amerikanı yenidən böyük edək" (MAGA) ideologiyasının tərkib hissəsidir və ABŞ-ın qlobalist təsisatlardan uzaqlaşıb, yalnız milli gücünə əsaslanmasına yönəlib.

Moderator.az xəbər verir ki, bu barədə rusiyalı filosof və politoloq, "Putinin beyni" adlandırılan Aleksandr Duqin Rusiya KİV-də dərc edilən məqaləsində deyilir.

"Tramp qlobal təsisatları- BMT, NATO, Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatları köhnə dünya düzəninin qalıqları kimi görür və onları dəyişdirmək niyyətindədir. O, hesab edir ki, bütün bu qurumlar qlobalistlərin və liberal elitaların yaratdığı sistemin bir hissəsidir və ABŞ-ı lazımsız öhdəliklər altına salır. Onun məqsədi beynəlxalq münasibətləri yeni qaydalar əsasında formalaşdırmaqdır.

Yeni dünya düzəni: "Böyük dövlətlər" modeli

Trampın beynəlxalq münasibətlərə baxışı klassik realizm məktəbinə əsaslanır. Realistlər hesab edir ki, dövlətin gücü yalnız onun hüquqi suverenliyi ilə deyil, real resursları- iqtisadi, hərbi, texnoloji və mədəni təsir imkanları ilə ölçülməlidir. Bu baxışa əsasən, yalnız həqiqi gücə malik olan dövlətlər dünya siyasətində söz sahibi ola bilər.

Bu çərçivədə Tramp beynəlxalq münasibətləri "çoxqütblü dünya" deyil, "böyük dövlətlər nizamı" formatında görür. Onun fikrincə, bu nizamda yalnız üç ölkə- ABŞ, Çin və Rusiya həqiqi gücə sahibdir. Hindistanın potensialı barədə bəzi fərqli fikirlər olsa da, Tramp onu hələ tam formalaşmış qlobal güc kimi qəbul etmir.

Tramp və qlobal bloklar

Trampın bu yanaşması qlobalistlərin əsas təşəbbüsləri ilə kəskin ziddiyyət təşkil edir. BRİKS kimi platformalar (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika və digər üzvlər) çoxqütblü dünya qurmaq istəyir, lakin Tramp bu modelə skeptik yanaşır. Onun nəzərində BRİKS və digər oxşar platformalar əsasən Çin tərəfindən idarə olunur və ABŞ-ın dominant rolunu sarsıtmağa çalışır.

Bundan əlavə, Tramp Çinin "Bir kəmər- bir yol" layihəsini də yeni qlobalizm forması kimi görür və bunun qarşısını almaq üçün Rusiya və Hindistanı neytrallaşdırmağa və ya öz tərəfinə çəkməyə çalışır. O, ABŞ-ın dünyada təkbaşına hökmran olduğu dövrü geri qaytarmaq istəyir, lakin artıq çoxqütblü reallıq formalaşdığı üçün bunu yeni strategiya ilə etməyə məcburdur.

Avropanın çətin vəziyyəti

Trampın yeni yanaşması Avropa İttifaqını qeyri-müəyyən vəziyyətə salır. İkinci Dünya müharibəsindən sonra Avropa siyasəti ABŞ-ın qlobal liderliyinə əsaslanıb. Lakin Tramp qlobalizmi rədd etdiyi üçün Avropa artıq ABŞ-ın dəstəyindən tam asılı qala bilmir və öz mövqeyini yenidən nəzərdən keçirməlidir.

Bu kontekstdə Trampın "Amerikanı yenidən böyük edək" (MAGA) şüarı "Avropanı yenidən böyük edək" (MEGA) formasında da ortaya çıxa bilər. O, Avropa ölkələrini qlobalizmdən uzaqlaşmağa və daha çox milli suverenlik əsaslı birləşmələr yaratmağa təşviq edir. Bəzi Avropa ölkələri, xüsusilə Macarıstan, Slovakiya, Serbiya, Xorvatiya və qismən İtaliya və Polşa artıq bu istiqamətdə hərəkət etməyə meyllidir.

Yeni dünya balansları və ABŞ-ın strategiyası

Trampın yanaşmasına görə, dünya artıq təkqütblü və ya ikiqütblü deyil, lakin çoxqütblü də olmamalıdır. Onun fikrincə, böyük dövlətlər arasında yeni bir tarazlıq yaradılmalıdır və yalnız ən güclü dövlətlər bu sistemin əsas oyunçuları ola bilər.

Bu baxımdan, Trampın siyasəti qlobalizmi tamamilə sıradan çıxarmağı və dünyanı "böyük dövlətlər" əsasında yenidən formalaşdırmağı hədəfləyir. O, ABŞ-ın yalnız öz milli maraqlarını müdafiə etməsini, digər ölkələrin isə öz güclərinə uyğun yer tutmasını istəyir.

Bu yanaşma qlobal siyasətdə yeni bir dövrün başlanğıcını qoyur-artıq beynəlxalq münasibətlər universal prinsiplərə yox, milli güc balanslarına əsaslanır. Bu isə böyük dövlətlərin regional nüfuz dairələrinin güclənməsinə və dünya nizamının yenidən formalaşmasına gətirib çıxaracaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Mart 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri