Icma.az
close
up
RU
“Tramp dünya nizamını darmadağın edir” Politoloq

“Tramp dünya nizamını darmadağın edir” Politoloq

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Hindistanın baş naziri Narendra Modi deyib ki, bəşəriyyət yeni dünya nizamına doğru hərəkət edir. “Dünya yeni qlobal nizam istiqamətində hərəkət edir” – deyən Modi İkinci Dünya müharibəsindən sonra bir dünya nizamı yaradıldığını, indi isə həmin nizamın pozulduğunu və beynəlxalq aləmin yeni nizam yolunda olduğunu vurğulayıb”.
BakuPost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki paylaşımında yazıb.

Politoloq hesab edir ki, Narendra Modi haqlıdır, çünki Donald Tramp dünya nizamını darmadağın etməkdədir: “Ancaq onun Ağ Evdə yerləşməsindən əvvəl də dünya nizamı çat verirdi. Beynəlxalq hüquq Donald Tramp Prezident seçilmədən öncə də işləmirdi. Beynəlxalq hüquq işləsəydi, Ermənistan uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlamamalı, Rusiya Ukraynaya qarşı müharibəyə başlamamlıydı. Bunlar hamını ona görə baş verdi ki, BMT və ATƏT kimi strukturların qətnamələrini saya salan olmadı. Tramp mövcud dağılma prosesini daha da sürətləndirdi. Trampın Venesuelanı nəzarətə götürməsi, Danimarkaya məxsus Qrenlandiya adasını tələb etməsi, İran ətrafında həlqənin daralması Modinin də söylədiyi kimi, bəşəriyyətin yeni dünya nimzamına keçidin əlamətidir”.
Elxan Şahinoğlu bildirib ki, Trampa qədər ekspertlərin bir qismi birqütblü dünyanın çoxqütblü dünyaya keçdiyini söyləyir, Rusiya və Çinin sürətlə irəlilədiyini bildirirdilər: “Tramp hücum diplomatiyasına üstünlük verməklə birqütblü dünyanın hələ ayaqda olduğunu göstərməyə çalışır. Həqiqətən çoxqütblü dünyaya iddialı olan Rusiya və Çin dünənki tərəfdaşları Venesuelanı ABŞ-ın nəzarətindən xilas edə bilmədilər. Tramp İranı da ram etməyi qarşısına məqsəd qoyubsa, Rusiya və Çinin etirazı yenə bu iki ölkənin Xarici İşlər Nazirliklərinin heç nəyə təsir etməyə bəyanatları ilə kifayətlənəcək. Moskva və Pekin Trampla qarşıdurmadan çəkinirlər”.
“Görəsən, Trampdan sonrakı mərhələdə ABŞ lider mövqeyini qoruya biləcəkmi? Əsas suallardan biri budur. Əgər ABŞ-ın növbəti Prezidenti Trampın tərəfdarlarından biri, dövlət katibi Marko Rubio və ya vitse-prezident Ceyms Vens olsa Ağ Evin hazırki aqressiv siyasəti davam edəcək, yox əgər demokratlardan biri qələbə qazanarsa, Trampdan öncəki dövrə geri dönüş mümkündür”, – deyə politoloq fikrini yekunlaşdırıb.
Cavid, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Fevral 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri