Tramp dünyanın biznes elitasını Davosda keçirilən xüsusi qəbula dəvət etdi
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu (WEF) çərçivəsində qlobal biznes liderləri ilə qapalı görüş keçirəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Trampın Davosa səfərinin 21 yanvarda baş tutacağı gözlənilir.
Həmin gün siyasətçi forumda xüsusi çıxış etməyi, ardınca isə maliyyə sektoru, kripto sənayesi və konsaltinq sahəsindəki qlobal şirkətlərin baş direktorlarının qatıldığı qəbul təşkil etməyi planlaşdırır.
Agentliyin məlumatına görə, Amerika lideri ilə görüşmək üçün dəvətnamələr Ağ Ev tərəfindən göndərilib. Lakin görüşün gündəliyi və iştirakçıların siyahısı təqdim edilməyib.
Dünya İqtisadi Forumu 19-23 yanvar tarixlərində Davosda keçirilir. Foruma 60-dan çox dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə naziri və 800-dən çox top menecer dəvət olunub.
Maqsud
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 19 Yanvar 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















