“Tramp düşmənlərimizin sırasına keçib” Fransadan Trampa sərt ittihamlar
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropada ABŞ Prezidenti Donald Trampın apardığı siyasətə qarşı etiraz bəyanatları çoxalır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Fransanın Baş naziri Fransua Bayru Donald Trampı beynəlxalq nizamı pozmaqda ittiham edib. Baş nazir “CNEWS” kanalına müsahibəsində deyib ki, ABŞ mahiyyətcə müttəfiq olmaqdan çıxıb və dünya nizamını pozanlara qoşulub.
“Məgər düşmənlərimizin düşərgəsinə keçməyə qərar verən müttəfiqdirmi?" – Bayru sual verib.
O əlavə edib ki, Trampın hərəkətləri dünya düzəninin məhvinə gətirib çıxarır və ABŞ-nin artıq düşmən olmasa da, daha çox qeyri-sabitlik mənbəyi olduğunu vurğulayıb.
Bayru bildirib ki, Tramp “müttəfiqlərini düşmənə çevirir” və İkinci Dünya Müharibəsindən bəri mövcud olan ittifaqları yerindən oynatmaqla qlobal gərginliyi artırır: "Trampla razılaşdığım yeganə şey odur ki, Avropa özünü müdafiə etməli olacaq".
O, həmçinin ABŞ-nin planlaşdırılan tarifləri ilə bağlı narahatlığını ifadə edərək, "Trampın Avropaya ticarət müharibəsi elan etdiyini" deyib və bunun Fransa iqtisadiyyatı üçün problemlərə yol açacağını vurğulayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 07 Mart 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















