Icma.az
close
up
RU
Tramp: Düşünürdüm ki, Zelenski ilə razılığa gəlmək asan olacaq

Tramp: Düşünürdüm ki, Zelenski ilə razılığa gəlmək asan olacaq

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukrayna üzrə sülh sazişinin əldə edilməsinə hazır olduğuna inandığını, lakin Ukrayna Prezidenti Volodimir Zelenski ilə razılaşmanın daha çətin olduğunu bildirib.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri Donald Tramp Ağ Evin Oval kabinetində jurnalistlərlə söhbətində deyib.

Tramp açıq şəkildə ifadə edib ki, onun üçün Rusiya tərəfi ilə danışıqlar aparmaq daha asandır, nəinki Ukrayna tərəfi ilə.

"Düşünürəm ki, Rusiya hazırdır və çoxları deyirdilər ki, Rusiya hər şey etməyə hazırdır. Və zənnimcə, biz Rusiya ilə razılığa gəldik. Zelenski ilə razılığa gəlməliyik", - deyə ABŞ prezidenti vurğulayıb.

Onun qeyd etdiyinə görə, əvvəlcə elə hesab edib ki, Volodimir Zelenski ilə ortaq dil tapmaq daha asan olacaq.

"Hələlik bu, daha mürəkkəbdir... Amma mən düşünürəm ki, biz hər iki tərəflə iş aparırıq. Ümid edirəm ki, onlar bunu edəcəklər, çünki mən vəziyyəti xilas etmək istəyirəm və bildiyiniz kimi, biz çox pul xərcləmişik, lakin söhbət çox sayda insandan gedir", - deyə Donald Tramp əlavə edib.

ABŞ lideri vurğulayıb ki, bu münaqişədə onun Ukrayna və Rusiya arasında favoritləri yoxdur. Onun əsas arzusu müharibənin mümkün qədər tez başa çatmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Aprel 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri