Icma.az
close
up
RU
Tramp elçilərini Moskvaya və Kiyevə göndərib Ukrayna ABŞ nin 3 təklifini rədd edib

Tramp elçilərini Moskvaya və Kiyevə göndərib Ukrayna ABŞ nin 3 təklifini rədd edib

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın və Ukraynanın iştirakı ilə müharibənin dayandırılmasına yönəlmiş sülh sazişi üzrə danışıqların final mərhələyə keçdiyini bildirib.

“AzPolitika” bildirir ki, bu barədə o, “Truth Social” hesabında açıqlama verib.

Trampın sözlərinə görə, onun xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın günlərdə Moskvaya gedərək Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. ABŞ ordusunun naziri Daniel Driskoll isə Ukrayna tərəfi ilə danışıqlar aparacaq.

“Son bir həftə ərzində komandam Rusiya və Ukrayna arasında müharibənin dayandırılması istiqamətində böyük irəliləyiş əldə edib”, – deyə Tramp bildirib. O qeyd edib ki, ABŞ-nin 28 bəndlik ilkin planı tərəflərin təklifləri nəzərə alınmaqla yenilənib və hazırda sənəddə cəmi bir neçə mübahisəli məqam qalıb.

Tramp həmçinin vurğulayıb ki, həm Volodimir Zelenski, həm də Vladimir Putinlə görüşməyə hazırdır. Lakin onun sözlərinə görə, bu görüş yalnız sülh razılaşması tam şəkildə razılaşdırıldıqda və ya son mərhələyə çatdıqda baş tutacaq.

KİV-in məlumatına görə, ABŞ-nin ilkin sülh planında Krım, Donetsk və Luqanskın faktiki olaraq Rusiya nəzarətində tanınması, Ukraynanın NATO üzvlüyündən imtinası və Ukrayna Silahlı Qüvvələrinin sayının 600 min nəfərə endirilməsi kimi müddəalar yer alırdı.

Lakin 23 noyabrda Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin danışıqlarından sonra sənəd 19 bəndə qədər qısaldılıb. Jurnalistlər bildiriblər ki, yenilənmiş variantdan Ukrayna ordusunun sayının azaldılması, müharibə zamanı tərəflərin ümumi amnistiyası və Donbasın Rusiyanın nəzarətinə verilməsi ilə bağlı maddələr çıxarılıb.

Rəsmi olaraq isə tərəflər hələlik sənədin detalları barədə məlumat açıqlamayıblar.

Ukraynanın yüksək vəzifəli mənbəsi CNN-ə bildirib ki, Ukrayna ABŞ-nin müharibəni bitirmək üçün təklif etdiyi planın əksəriyyətini qəbul etməyə hazırdır, lakin üç əsas müddəanı rədd edir.

Bu müddəalara ordunun sayının məhdudlaşdırılması, NATO üzvlüyündən imtina və ərazi güzəştləri daxildir.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Noyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri