Tramp əmr verdi: Bu qadınlar kişi həbsxanasına göndərilsin
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
ABŞ prezidenti Donald Tramp transseksual qadınların kişi həbsxanalarında saxlanmasını tələb edən fərman imzalayıb.
Turkustan.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Nəşr bildirir ki, Trampın “Qadınların gender ideologiyasının ekstremizmindən qorunması və federal hökumətdə bioloji həqiqətin bərpası” adlı sərəncamı ABŞ federal həbsxanalarına göndərilib.
Sənəddə qeyd olunur ki, digər məsələlərlə yanaşı, cinsiyyətin dəyişdirilməsi ilə bağlı məhkumlara tibbi yardım da dayandırılacaq. Prezidentin fərmanında vurğulanır ki, “genderin bioloji reallığının kökünü kəsmək cəhdləri, əslində, qadınlara zərər verir, onları rifahdan, təhlükəsizlikdən və ləyaqətdən məhrum edir”. ABŞ Federal Həbsxanalar Bürosunun nümayəndələri bildiriblər ki, hazırda Amerika həbsxanalarında 1,5 minə yaxın transseksual qadın var. /publika.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 24 Yanvar 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















