Icma.az
close
up
RU
Tramp Epşteyn işi fonunda demokratları “son Milad”la hədələyib

Tramp Epşteyn işi fonunda demokratları “son Milad”la hədələyib

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Demokrat Partiyasının üzvlərini hədələyərək bildirib ki, amerikalı maliyyəçi Ceffri Epşteynin uşaqların istismarı ilə bağlı ittiham olunduğu iş üzrə materialların dərc edilməsinə görə bu Milad bayramı onlar üçün sonuncu ola bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

“İndi bu uğursuzlar yenidən öz işlərinə qayıdıblar, amma bu dəfə onların əsasən günahsız olan bir çox dostu ciddi zərər görəcək və reputasiya itkisinə məruz qalacaq. Təəssüf ki, demokratların korrupsiyalaşmış siyasət dünyası belədir. Zövq alın — bəlkə də bu sizin son Miladınızdır”, - deyə ABŞ prezidenti qeyd edib.

ABŞ lideri həmçinin bildirib ki, Epşteyn qalmaqalı ilə əlaqələrinin üzə çıxacağı təqdirdə demokratlara “çox şeyi izah etmək” lazım gələcək, maliyyəçinin cinayətlərində Trampın iştirakı ilə bağlı iddiaların isə yalan olduğu ortaya çıxacaq.

ABŞ Ədliyyə Nazirliyi dekabrın 19-da Epşteynə aid təxminən 100 min sənəd və fotoşəkil dərc edib, lakin onların bir qismi xeyli dərəcədə gizlədilib (retuş edilib).

Maliyyəçi 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Prokurorluq bildirmişdi ki, 2002–2005-ci illərdə onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızın gətirilməsini təşkil etdiyinə dair sübutlar var; onların ən kiçiyinin yaşı 14 olub. Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-dan deyil, bir çox digər ölkələrdən də çoxsaylı hazırkı və keçmiş vəzifəli şəxslər, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub. ABŞ-da maliyyəçiyə qarşı cinayət təqibi 2019-cu ilin avqustunda onun həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb. Epşteynin tanışları arasında ABŞ-ın 42-ci prezidenti Bill Klinton və Donald Tramp da olub.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Dekabr 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri