Tramp: “Ərdoğana zəng etdim, onu dərhal azadlığa buraxdı”
Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az-ın xəbərinə görə, Ağ Ev sahibi din xadiminin hansı formada azadlığa buraxılmasından danışıb.
Onun sözlərinə görə, E.Branson Türkiyədə tutulandan sonra R.T.Ərdoğana zəng vurub.
“Çox adam zəng etdi, heç bir irəliləyiş olmadı. Mən prezidentə zəng etdim və o, dərhal onu buraxdı”, - Tramp vurğulayıb.
Birləşmiş Ştatlar Prezidenti E.Bransonun azadlığa buraxılmasını iki lider arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib.
“Məhz o zaman aramızdakı əlaqələrin nə qədər yaxşı olduğunu anladım. Ərdoğanla şəxsi münasibətlərim Türkiyə-ABŞ əlaqələrində həlledici rol oynayır”, - o bildirib.
Tramp vurğulayıb ki, xristian icması keşiş E.Bransonun azad edilməsini unutmayacaq.
Xatırladaq ki, Türkiyədə fəaliyyət göstərən amerikalı keşiş Endryu Branson 2016-cı ildə terror təşkilatları ilə əlaqə və casusluq ittihamı ilə həbs edilib və daha sonra ev dustaqlığına buraxılıb.
2018-ci ilin oktyabr ayında Türkiyə məhkəməsi Bransonun həbsdə olduğu müddəti nəzərə alaraq onun cəzasını başa çatmış hesab etməklə yanaşı, ölkədən çıxış qadağasını ləğv edərək azadlığa buraxıb. Keşiş daha sonra ABŞ-a qayıdaraq Ağ Evdə Prezident Trampla görüşmüş və ona təşəkkürünü bildirmişdi.
Mürtəza
Baxış sayı:101
Bu xəbər 08 İyul 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















