Icma.az
close
up
RU
Tramp Ərdoğanı Netahyahuya təriflədi: İsraili Ankara ilə münasibətlərə yenidən baxacaq?

Tramp Ərdoğanı Netahyahuya təriflədi: İsraili Ankara ilə münasibətlərə yenidən baxacaq?

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Türkiyə Suriyada heç kimin edə bilmədiyi şeyi etdi. Ərdoğan çox güclü və ağıllı adamdır”.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra deyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələrinin çox yaxşı olduğunu vurğulayan Tramp Türkiyənin Suriyadakı rolunun çox mühüm olduğunu vurğulayıb:

“Mənim Ərdoğanla çox yaxşı münasibətlərim var. Bilirəm ki, mətbuat mənim Ərdoğanı bəyəndiyimə görə qəzəblidir. Amma mən onu bəyənirəm, o da məni bəyənir və bizim heç vaxt problemimiz olmayıb”.

Tramp Ərdoğanın liderliyini güclü və ağıllı adlandıraraq, onun Suriya məsələsində heç kimin bacarmadığı işləri gördüyünü bildirib:

“Ərdoğan çox güclü və zəkalı biridir. O, (Suriya məsələsində) başqasının edə bilmədiyini etdi. Onun haqqını vermək lazımdır”.

ABŞ Prezidenti İsrail Baş naziri Netanyahuya cavab olaraq, Türkiyə ilə Suriya məsələsindəki mümkün anlaşmazlıqları da özünün həll edə biləcəyini bildirib:

“Siz də, biz də bu məsələdə məntiqli olsaq, bu problemi həll etmək mümkündür. Məncə, bu, hazırda ciddi problem deyil”.

Politoloq Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Donald Trampın İsrailin Baş naziri Netanyahu ilə görüşdə Türkiyə liderinin ünvanına söylədiyi sözlər İsrailin Türkiyəyə qarşı siyasətinin yenidən gözdən keçirilməsinə səbəb olacaq.

Ekspert vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya konkret mesajlar, təlimatlar verdi:

"Tramp Netanyahuya "sən Türkiyə ilə aranı yaxşı tut, Ərdoğanla dostluq münasibətləri qur" deyir və ardınca bildirir ki, əgər Ərdoğanla əlaqələrin qurulmasında problem yaşayarsa, ona müraciət etsin. Yəni Tramp Türkiyə ilə İsrail arasında bir vasitəçi rolu oynayaraq iki tərəf arasında problemləri həll etməyi təklif edir. Diqqət yetirirsinizsə, Ərdoğana yox, məhz Netanyahuya təklif edir. Digər yandan Netanyahu Türkiyəyə münasibətini hər zaman açıq şəkildə bildirib. Məlum "Mavi Mərmərə" böhranından bu yana İsraillə Türkiyə arasında münasibətlər gərgin vəziyyətdədir. Amma Trampın Ərdoğanla bağlı açıqlamaları, Türkiyə liderinə rəğbəti İsraili təkcə Ankara ilə yox, Suriya ilə də münasibətlərə yenidən baxmağa vadar edir".

Fuad Abbasov, politoloq

Analitik əlavə edib ki, Tramp Suriyada qurulmuş yeni hökumətin Türkiyə ilə birbaşa bağlantısı olduğunu nəzərə alaraq Suriyadakı yeni hökuməti dəstəklədiyini ifadə edir:

"Beləcə Netanyahunu Qolan təpələri başda olmaqla Suriyaya torpaq iddialarını yenidən gözdən keçirməyə məcbur edir. İsrailin Baş naziri bu görüşdən sonra ölkəsinə müsbət nəticələrlə dönə bilmədi və buna görə daxildə tənqid olundu. Bu, Türkiyə üçün çox vacib məsələdir. İnanıram ki, Tramp-Ərdoğan görüşü olarsa, Türkiyə ilə münasibətlərdə ciddi irəliləmə olacaq. Bu irəliləməni Türkiyəyə müxalif qüvvələrə qarşı aparılan fəaliyyətlərdə də görəcəyik. Həm də prezident seçkisinin gedişatında hiss edəcəyik. Türkiyənin "Böyük Orta Doğu" layihəsinin ABŞ tərəfindən daha da gücləndiriləcəyinin şahidi olacağıq".

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Aprel 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri