Tramp Ərdoğanı Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə çağırır
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə Rusiya Federasiyası arasında aparılan danışıqlarda vasitəçi kimi çıxış etməsini istəyir.
Reyting.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb.
Məlumata görə, telefon danışığı zamanı siyasətçilər bir-birlərini ölkələrinin paytaxtlarına dəvət ediblər.
Qəzet yazır ki, Tramp prezident Ərdoğandan Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün vasitəçilik etməsini istəyib. “Ərdoğan həm Putin, həm də Zelenski ilə görüşə bilən liderdir. O, vasitəçilik təklifinə müsbət yanaşır”, - deyə nəşr əlavə edib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Ukrayna ilə Rusiya Federasiyası arasında sülh danışıqlarında vasitəçi olmaq təşəbbüsü ilə çıxış edib. Ankara tərəfsiz mövqeyini və sülh istəyini təkrarlayaraq danışıqların bərpasını təklif edib.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Ukrayna Xerson əhalisini təxliyə etməyə çağırır
20 Dekabr 2024 13:03
Tramp Ərdoğanı təriflədi
17 Dekabr 2024 00:01
Ukrayna zorakı səfərbərliyə çağırır..?
24 Noyabr 2024 21:25
Rusiya Byankanın mahnılarını qadağan etməyə çağırır...
25 Avqust 2025 18:27
Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçilik edə bilər?
25 Fevral 2025 14:08
Baxış sayı:45
Bu xəbər 08 May 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















