Tramp ərəb liderlərinin xahişi ilə sabah İrana planlaşdırılan hücumu təxirə salıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vaşinqton, 18 may, AZƏRTAC
Qətər əmiri Təmim bin Həməd Əl-Sani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl-Səud və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan məndən İrana qarşı sabah planlaşdırılan hərbi hücumumuzu təxirə salmağı xahiş etdilər.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
“Liderlərə hörmətimə əsaslanaraq, Müharibə katibi Pit Heqsetə, Birləşmiş Qərargah Rəislərinin sədri general Daniel Keynə və ABŞ Hərbi Komandanlığına sabah İrana planlaşdırılan hücumu etməyəcəyimizi, lakin məqbul bir razılaşma əldə edilmədiyi təqdirdə, dərhal İrana qarşı genişmiqyaslı hücuma hazır olmağı tapşırdım”, - deyə Tramp bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 18 May 2026 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















