Icma.az
close
up
RU
Tramp Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalamaq ərəfəsindədir

Tramp Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalamaq ərəfəsindədir

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ Prezidenti Donald Tramp Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalamaq ərəfəsindədir".

Missiya.Az xəbər verir ki, bunu Respublikaçı senator Stiv Daines “The Wall Street Journal”da dərc olunan “Ermənistan və Azərbaycan üçün sülh sazişi” məqaləsində Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında aparılan danışıqlar barədə yazarkən deyib.

O bildirib ki, bu il mən cənab Trampın komandasının üzvləri ilə hər iki ölkəyə səfər etdim. Biz regionun iqtisadi potensialını araşdırdıq və sülh danışıqlarında ən çətin məsələlərin bəzilərinin müzakirəsinə şərait yaratdıq. Mən həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdüm və praktiki həll yollarını müzakirə etdik. Hər iki lider indiki anın əhəmiyyətini və qarşıda duran mühüm imkanları anlayır.

Çox uzun müddətdir ki, Rusiya bu mövqedən münaqişəni qızışdırmaq və cənub qonşularını zəif və təcrid olunmuş vəziyyətdə saxlamaq üçün istifadə edərək regional vasitəçi rolunu oynayır. İndi Ermənistan və Azərbaycan Rusiya hegemonluğunun boyunduruğundan atılır və ABŞ-nin prioritetlərinə uyğun gələcəyə dair müstəqil baxışlar həyata keçirirlər.

Daines qeyd edib ki, region öz gələcəyini formalaşdıracaq və bunun əsasında ABŞ ilə tərəfdaşlıq dayanır ki, bu da təkcə Cənubi Qafqazda deyil, həm də ondan kənarda rifahın əsasını qoya bilər.

“Orta Dəhlizin coğrafi mövqeyi ona unikal strateji və iqtisadi əhəmiyyət verir. ABŞ-nin düşmənləri olan İran və Rusiya arasında yerləşən bu ərazi Mərkəzi Asiyadan ticarətin Qərbə maneəsiz keçə biləcəyi yeganə quru ərazidir. Beş Mərkəzi Asiya ölkəsi - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan əhəmiyyətli neft, təbii qaz, kömür, uran və digər mühüm ehtiyatlara malikdir. Münaqişə olmadığı halda, Trans-Anadolu Boru Kəməri qitəni Rusiya tədarükündən asılılıqdan azad edərək, regionun enerjisinin daha çox hissəsini Avropaya çatdırmaq üçün öz gücünü artıra bilər. Cənubi Qafqazın mineral ehtiyatları isə ABŞ-nin Çindən asılılığını azalda bilər”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, sülh sazişi həm Ermənistana, həm də Azərbaycana iqtisadi və milli fayda gətirəcək. Birgə investisiyalar iş yerləri yaradacaq və maliyyə sabitliyini təmin edəcək.

“Tramp administrasiyasının qətiyyəti bu iki xalq üçün tarixi bir fürsət yaratmağa kömək etdi. Qarşıdan gələn bu razılaşma geosiyasət kursunu elə dəyişəcək ki, təkcə Cənubi Qafqaz və Mərkəzi Asiya deyil, həm də gələcək onilliklər üçün ABŞ və müttəfiqlərimizin xeyrinə olacaq. Regionda və dünyada sülh və sabitlik üçün Ermənistan və Azərbaycan liderləri dərhal bu sazişi imzalamalıdırlar”, - deyə Daines əlavə edib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://missiya.az
archiveBu xəbər 01 Avqust 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri