Icma.az
close
up
RU
Tramp Ermənistanla sazişi ləğv edə bilər

Tramp Ermənistanla sazişi ləğv edə bilər

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İrəvanın gözləri yollarda qalsa da, artıq ümidin boş olduğunu başa düşür.

“ABŞ Prezidenti Donald Tramp bütün istiqamətlərdə sələfi Co Baydendən fərqli siyasət yeridir”. 

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, Tramp Baydenin imzaladığı sənədlərə belə əməl etmir: 

“Çünki onların yanlış olduğunu düşünür. Yəni Tramp istər Ukrayna, istərsə də digər məsələlərlə bağlı tamamilə fərqli mövqedən çıxış edir. Həmçinin, ABŞ-nin Cənubi Qafqazla bağlı siyasətinin necə olacağı və kimlərlə müttəfiqlik əlaqələri quracağı maraq doğurur. Məsələn, Co Bayden Cənubi Qafqazla bağlı çox yanlış mövqe tutmuşdu. O, açıq-aşkar Ermənistanın tərəfində duraraq ermənipərəst siyasət yeridirdi. Ermənistan rəhbərliyi də bunu özləri üçün çox böyük uğur kimi dəyərləndirirdi”. 

Partiya sədri qeyd edib ki, rəsmi İrəvan Vaşinqtondan verilən vədlərə aldanaraq, sürətlə Qərbə inteqrasiya yolunu tutmuşdu: 

“Bayden Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqe sərgiləyirdi. Onun dönəmində ABŞ rəsmiləri Ermənistanın maraqlarına uyğun olan addımlar atırdılar. O dönəm ABŞ tərəfindən Ermənistana hərbçilər və generallar göndərilərək hərbi təlimlər də keçirilirdi. Sonda isə 14 yanvarda ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalandı. Düşünürəm ki, bu da Baydenin növbəti xətası kimi tarixə düşdü. 

Çünki hakimiyyətdən getməyinə çox az bir müddət qalmış bu sənədi imzalamağın heç bir mənası yox idi. Bununla Ermənistana “jest” etdilər. Lakin İrəvan hakimiyyəti növbəti dəfə kimlərinsə oyunun qurbanına çevrildi”. Akif Nağı hesab edir ki, Donald Tramp Ermənistanla imzalanan strateji tərəfdaşlıq sazişini ləğv edə bilər: 

“Böyük ehtimalla, Tramp heç bir halda həmin sənədə əməl etməyəcək. Onun sazişi “iqnor” etməsi mümkündür. Bəlkə də müəyyən bir dövrdən sonra həmin saziş Tramp tərəfindən ləğv olunacaq. Bu ehtimal da mümkündür. Nəzərə almaq lazımdır ki, strateji tərəfdaşlıq sazişinə əsasən, ABŞ Ermənistana gömrükçülər və sərhədçilərdən ibarət iki qrup göndərəcəkdi. Lakin bunun təxirə salındığı açıqlandı. 

Ermənistanda da artıq bununla bağlı narahatlıqlarını bildirirlər. Görünür, rəsmi İrəvanın gözləri yollarda qalsa da, artıq ümidlərinin boş olduğunu başa düşür. Məncə, Tramp Ermənistana nə zamansa ya simvolik tərkibdə heyət göndərəcək, ya da, ümumiyyətlə, göndərməyəcək”. 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Trampın Cənubi Qafqazla bağlı siyasəti tam fərqli olacaq: “Tramp administrasiyası Cənubi Qafqazda Azərbaycan və Türkiyə ilə əməkdaşlığa üstünlük verəcək. Biz də onların bu mövqeyindən öz maraqlarımız üçün istifadə etməyə çalışmalıyıq. Onu da vurğulamaq lazımdır ki, Nikol Paşinyan son olaraq bir bəhanə ilə ABŞ-yə getdi. Vaşinqtonda qaldığı 5 gün ərzində Donald Tramp onu qəbul etmədi. Sadəcə protokol xatirinə vitse-prezident Ceyms Devid Vens onunla görüşdü. Lakin həmin görüşdə ciddi müzakirələr aparılmadığı aydın şəkildə hiss olunurdu. Bütün bunlar Trampın Ermənistana mövqeyinin təzahürüdür”. 

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: Ermənistan İrəvan Akif Nağı ABŞ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Mart 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see383

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see326

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see260

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see233

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see224

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see223

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see211

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see203

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see196

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see195

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see190

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see186

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see185

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see182

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see180

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see168

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see166

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see146

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see146

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri