Tramp etiraf edib ki, Ukraynada müharibəyə son qoymaq onun gözlədiyindən daha çətindir
Missiya.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq üçün danışıqların onun gözlədiyindən daha çətin olduğunu etiraf edib.
Missiya.Az “The Wall Street Journal”a istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat yayıb.
Onların sözlərinə görə, Tramp bu yaxınlarda köməkçilərinə etiraf edib ki, danışıqları yekunlaşdırmaq onun gözlədiyindən də çətinləşib.
Bildirilib ki, Ağ Ev rəhbəri qəzəbinin böyük hissəsini Ukrayna Prezidenti Volodimir Zelenskinə yönəldib, çünki Ukrayna lideri onun son təklifinə razı olmayıb.
Qeyd olunub ki, tərəflərin əsas məsələlərdə bir-birindən çox uzaqda qalması ilə bağlı artan anlaşma Trampın 24 saat ərzində razılaşma əldə edə biləcəyi iddiası ilə ziddiyyət təşkil edir.
Daşqın Həsənov
Missiya.Az


