Tramp “F 35“ qırıcılarını Səudiyyə Ərəbistanına satmağa razılıq verdi
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, "F-35" qırıcılarının Səudiyyə Ərəbistanına satışını dəstəkləyir.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" yayıb.
Bildirilir ki, Tramp Krallığın əla müttəfiq olduğunu vurğulayıb və ABŞ-nin Səudiyyə Ərəbistanı vəliəhdinin strategiyasına dəstək verməyə hazır olduğunu təsdiqləyib.
Nəşrin məlumatına görə, Trampın əsas məqsədi Ər-Riyadla əməkdaşlığı dərinləşdirmək və Səudiyyə Ərəbistanını İsraillə diplomatik əlaqələr qurmağa razı salmaqdır.
Eyni zamanda, Tramp etiraf edib ki, yekun qərarın bir çox detalları razılaşdırılmalıdır. Bənzər təcrübə BƏƏ ilə də müşahidə olunub, 50 "F-35" qırıcısının satışı təsdiqlənib, lakin Vaşinqtonun razılığına baxmayaraq, tədarük hələ reallaşdırılmayıb.
Səudiyyə Ərəbistanı ilə bağlı sövdələşmə bir sıra siyasi və texniki maneələrlə qarşılaşa bilər. ABŞ qanunvericiliyi İsrailin hərbi-texniki üstünlüyünün qorunmasını nəzərdə tutur, bu da region ölkələrinə belə tədarüklərin təsdiqlənməsinə əngəllər yaradır. Üstəlik, Pentaqon Ər-Riyadın Pekinlə sıx əlaqələri səbəbindən "F-35" texnologiyasının Çinin əlinə keçəcəyindən ehtiyat edir.
Sövdələşməyə başlamaq üçün Səudiyyə Ərəbistanı rəsmən müraciət etməli, Konqresi icazə verməyə inandırmalı və istehsalçı "Lockheed Martin"lə müqavilə detallarını razılaşdırmalıdır.
Ekspertlər vurğulayırlar ki, bu müqavilə vəliəhd şahzadə Məhəmməd bin Salman üçün ölkənin regional statusunun möhkəmlənməsinin rəmzi və Qərb tərəfdaşlarına yaxınlaşmaq elementi kimi əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 18 Noyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















