Tramp fələstinlilərin köçürülməsi üçün yeni ölkə TAPDI
Icma.az bildirir, Milli.az portalına istinadən.
ABŞ və İsrail fələstinlilərin Qəzza zolağından Suriyaya köçürülməsində maraqlıdır.
Milli.Az xəbər verir ki, bu barədə mənbələrə istinadla "CBS News" telekanalı məlumat yayıb.
Kanalın həmsöhbətinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası vasitəçilərlə Suriyanın keçid hökuməti ilə məsələ ilə bağlı əlaqə yaratmağa cəhd edib. Başqa bir mənbə Suriya hakimiyyət orqanlarına müraciət edildiyini təsdiqləsə də, hər hansı cavab gəlib-gəlmədiyini dəqiqləşdirməyib.
Öz növbəsində, yüksək rütbəli Suriya rəsmisi telekanala verdiyi şərhdə qəzzalıların köçürülməsi ilə bağlı ABŞ və ya İsraildən hər hansı sorğunun alınması iddiasını rədd edib.
Bundan əvvəl Somali və Sudan rəsmiləri Qəzzadan fələstinlilərin köçürülməsi üçün ABŞ və İsraildən heç bir təklif almadıqlarını bildirmişdilər. Əlavə edək ki, ABŞ prezidenti bu niyyəti ilə bağlı ilk olaraq İordaniya və Misirə müraciət etmişdi. Hər iki ölkə bununla razılaşmayıb.
Xatırladaq ki, fevral ayında Suriya Prezidenti Əhməd Şaraa Trampın fələstinliləri Qəzzadan köçürmək planına etiraz etmişdi. /Teleqraf
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 17 Mart 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















