Icma.az
close
up
RU
Tramp FİFA prezidentinin müdafiəsinə qalxdı

Tramp FİFA prezidentinin müdafiəsinə qalxdı

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinonun vəzifəsindən uzaqlaşdırılmasının “dəhşətli səhv” olacağını bildirib.

Trampın bu açıqlaması UEFA, KONKAKAF və Asiya Futbol Konfederasiyasının (AFC) İnfantinoya qarşı açıq məktub yaymasından sonra səslənib. Təşkilatlar FİFA rəhbərini artıq dayandırılmış FIFA Forward Enterprise (FFE) layihəsi ilə bağlı “aldatma yolu ilə etimadı pozmaqda” ittiham ediblər.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, FFE layihəsi FİFA-nın bütün yarışlarının, o cümlədən dünya çempionatlarının kommersiya və bilet satış hüquqlarını idarə edəcək yeni şirkətin yaradılmasını nəzərdə tuturdu. Şirkətin 21 faiz payının isə özəl investisiya şirkətinə satılması planlaşdırılırdı.

Tramp FFE planlarının üzə çıxmasından – iyulun 28-dən – sonra ilk dəfə İnfatinonu açıq şəkildə müdafiə edib.

“FİFA hər hansı səbəbdən prezident Canni İnfatinonu əvəzləməyi düşünsə, bu, dəhşətli səhv olar. O, möhtəşəmdir. O, tarixdə keçirilmiş ən uğurlu dünya çempionatına rəhbərlik edib. Əgər o getsə, Dünya Çempionatı bir daha heç vaxt bu qədər uğurlu və gəlirli olmayacaq”, – Tramp sosial şəbəkədə yazıb.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilib. Finalda İspaniya Argentinanı məğlub edərək çempion olub.

Tramp iyulun 31-də FFE layihəsi ilə bağlı ilk açıqlamasında İnfantino ilə bu məsələni müzakirə etmədiyini bildirmişdi.

Məlumata görə, FFE üçün nəzərdə tutulan investor qrupuna ABŞ-ın Thrive vençur kapital şirkətinin rəhbərlik etməsi gözlənilirdi. Şirkətin təsisçisi isə Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerdir.

İnfantino ilə Tramp arasında yaxın münasibət olduğu məlumdur. FİFA prezidenti 2025-ci ilin dekabrında Trampa təşkilatın ilk FİFA Sülh Mükafatını təqdim edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Avqust 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri