Icma.az
close
up
RU
Tramp FİFA üçün də başağrısına çevrilib

Tramp FİFA üçün də başağrısına çevrilib

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarda ABŞ prezidenti postuna oturan Donald Trampın qeyri-adi açıqlamalarına və hərəkətlərinə artıq dünya öyrəşib. İndi isə futbolda ən böyük hadisə olan dünya çempionatı da onun davranışına görə problem yaşamaq təhlükəsi ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, söhbət Sietl ilə San-Fransiskonun təhlükəsizliklə bağlı problem üzündən təşkilatçılıqdan məhrum olunması ehtimalından gedir.
Bildiyiniz kimi, növbəti dünya çempionatı üç ölkədə - Amerika, Meksika və Kanadada gələn il iyunun 11-i – iyulun 19-u aralığında keçiriləcək. Yəni turnirin çətin logistikası var. Final turnirinin püşkü dekabrda atılacaq, ancaq bütün oyunların keçiriləcəyi yerlər çoxdan bəllidi. Ancaq bu məqam ABŞ prezidentini qətiyyən çəkindirmir. Ağ Evin başçısı oval kabinetdə jurnalistlərlə söhbət zamanı bildirib ki, Sietl və San-Fransiskoda təhlükəsizliklə bağlı problem olarsa, oyunları bu şəhərlərdən başqa yerə keçirə bilər. Prezidentin niyyəti ciddisə, onda relokasiya dünya çempionatının 12 oyununa təsir edəcək ki, bu da minlərlə azarkeşin, o cümlədən həm də əcnəbilərin maraqlarını tapdalamaqdı.
Tramp federal büdcədən DÇ-2026 vaxtı təhlükəsizliyin təmin olunmasıyla bağlı məsələlərə 625 milyon dollar ayrılmasıyla bağlı qərarı şərh edərkən belə deyib:

“Təhlükəsizliyin qayğısına qalmalıyıq. Əslində bu çox vacib məsələdi. Sietl ilə San-Fransiskonu ağılız solçu radikallar idarə edir, nə etdiklərini bilməyən adamlardı. Çikaqoya, Memfisə, başqa şəhərlərə baş çəkəcəyik. Oralarda hər şey yerində olacaq. Bu iki şəhərdə təhlükəsizliklə bağlı problem görsəm, sözsüz, oyunlar başqa şəhərlərdə keçiriləcək. Ancaq ümid edirəm ki, bu baş verməyəcək”.

Prezidentin Sietllə San-Fransiskonun adını çəkməsi təsadüfi deyil. İş ondadı ki, bu şəhərlərin hakimiyyət orqanları Tramp administrasiyasının mühacirlərlə bağlı siyasətinin əleyhinədi. Bu şəhərlərin bələdiyyə rəhbərləri qeyri-leqal mühacirlərin ölkədən çıxarılmasında polisə yardım etməkdən boyun qaçırıb, hətta federal hökuməti məhkəməyə də verib. Amma antiimmiqrasiya kampaniyasının qızğın çağında vətəndaş etirazlarının mərkəzi başqa şəhər – Los-Anceles olub. Los-Anceles də gələn il dünya çempionatının bəzi oyunlarını, 2028-ci ildə isə Olimpiya Oyunlarını qəbul edəcək.
Güman etmək olar ki, ABŞ prezidenti bu aqlomerasiyanı da qara suyahıya salıb. Tramp bu ilin iyununda qeyri-leqal mühacirlərə qarşı reydlər zamanı şəhərdə yaşanan etirazları yatırmaq üçün ora milli qvardiyanın 2 min əsgərini göndərmişdi. Avqustda isə Ağ Evin sahibi elə həmin qüvvələri ölkənin paytaxtı Vaşinqtona yeritdi. Kolumbiya dariəsində cinayətkarlıqla bağlı fövqəladə vəziyyət haqqındakı əmr çərçivəsində.
Düzdü, indiki məqamda DÇ-2026-nın oyunlarının paytaxtda keçirilməsi planlaşdırılmayıb. Burda yalnız dekabrın 5-də püşkatma mərasimi keçiriləcək. Ancaq oyunların “vəhşi Qərbdən” Şərqə köçürülməsi indi ən məntiqli addım kimi görünür. Əlbəttə, prezidentin niyyəti ciddisə, bununla bağlı real planı varsa. Sadəcə, Tramp o qədər bir-biri ilə uyğun gəlməyən açıqlamalar verir ki, nəyi düz, nəyi səhv dediyini müəyyənləşdirmək belə çətindi.
Xatırladaq ki, Amerikada növbəti mundialın 104 oyunundan 78-i, həm də finalı keçiriləcək. Bu oyunların hər hansı birinin yerinin dəyişməsi həm təşkilatçılar, həm də FİFA üçün böyük maliyyə itkisi deməkdi. Axı Ağ Ev yox, məhz FİFA dünya çempionatının təqviminə görə məsuliyyət daşıyır. Ancaq Tramp son aylarda inadkarcasına dünyanı mümkünsüz heç nəyin olmadığına inandırmağa çalışır. Amerikanın hakimiyyət orqanları “sol radikal psixlər” üzündən təhlükəsizliklə bağlı problem olacağını deyirsə, FİFA-nın prezidenti Canni İnfantionun oyunlarının yerinin dəyişməsinə razılıq verməkdən başqa yolu qalmayacaq.
Sietldəki “Lyumen Fild” stadionunda qrup mərhələsinin dörd (biri Amerika yığmasının iştirakı ilə), həmçinin pley-offun iki oyunu keçiriləcək. San-Fransiskonun 65 kilometrliyində yerləşən Santa-Klaradakı “Levis” stadionunaisə qrup mərhələsinin beş, pley-offun bir oyunu salınıb. DÇ-nin oyunlarını Sietl və San-Fransisko ilə yanaşı, Atlanta, Boston, Dallas, Hyuston, Los-Anceles, Kanzas-Siti, Mayami, Nyu-York/Nyu-Cersi və Filadelfiya şəhərləri də qəbul edəcək. Meksikanın şəhərlərindən Mexiko, Qvadalahara və Monterrey, Kanadanın şəhərlərindən Vankuver və Toronto mundialın oyunlarına “qucaq açacaq”. FİFA ilə bu şəhərlərin hakimiyyət orqanları arasında müqavilə imzalanıb, hansısa birinin pozulması əlavə hüquqi macəradı.
Xatırladaq ki, Tramp bu ilin mayında dünya çempionatında mümkün iştirakın Rusiya üçün Ukrayna ilə müharibəni bitirmək baxımından stimul ola biləcəyini demişdi. ABŞ preziDenti Rusiya yığmasının məhz müharibəyə görə DÇ-nin seçmə turnirindən uzaqlaşdırıldığı, bu üzdən final mərhələsinə qatılmasının da mümkünsz olduğunu bilmir. Bundan başqa, Amerika prezidenti klub dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimini də xaosa çevirmişdi, futboldan heç nə anlamadığını növbəti dəfə göstərmişdi.
Görünür, indi də DÇ-nin 12 oyununun Sietllə San-Fransiskodan başqa şəhərlərə “köçürülməsinin” necə böyük başağrısına səbəb olacağını müəyyənləşdirməkdə çətinlik çəkir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Oktyabr 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri