Icma.az
close
up
RU
Tramp Finlandiya və İsveçin NATO dan çıxarılmasına nail ola bilərmi? AÇIQLAMA

Tramp Finlandiya və İsveçin NATO dan çıxarılmasına nail ola bilərmi? AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Finlandiyanın Beynəlxalq Münasibətlər İnstitutu bildirib ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Moskva ilə münasibətlərini yaxşılaşdırmaq üçün Finlandiya və İsveçin NATO-dan çıxarılmasını tələb edə bilər.

Bəs bir NATO üzvünün digər üzvlərin alyansdan çıxarılmasını tələb etmək hüququ varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, Amerika Prezidenti Donald Tramp hazırda nəyin bahasına olursa-olsun, Ukrayna savaşının dayandırılmasına cəhd göstərir:

"Hiss olunur ki, Tramp bu məsələdə həddindən artıq tələsik addımlar atmağa çalışır. Son zamanlar Ağ Ev sahibinin verdiyi açıqlamalar, geniş miqyasda Rusiya Prezidenti Vladimir Putinin mövqeyi ilə tamamilə üst-üstə düşür. Donald Tramp Ukrayna mövzusuna daha çox Kremldən baxmağa üstünlük verir. Bu da təbii ki, Qərb siyasi dairələrində müəyyən qıcıq oyadır. Ancaq Trampın bəzi təklifləri və tələbləri reallıqdan tamamilə uzaqdır. Məsələn, son bəyanatlarda bildirilir ki, Ukrayna savaşında nizamlanma prosesinin uğur qazanması üçün NATO-nun 1997-ci il sərhədlərinə qaytarılması olduqca vacibdir. Amma bu o qədər də asan reallaşdırılacaq bir məsələ deyil. Çünki, bu təklif reallaşarsa, Finlandiya və İsveç NATO sıralarından xaric edilməlidir. Halbuki, bu mümkün deyil. Bunun bir mexanizmi yoxdur".

Politoloq qeyd etdi ki, hər hansısa bir dövlət üzv dövlətlərinin səsi və ya təsdiqləməsi ilə NATO-ya üzv olursa, o dövlətin NATO-dan xaric edilməsi kimi mexanizm mövcud deyil.

"Hər hansısa bir dövlət yalnız özü çıxmaq barədə qərar qəbul edə bilər. NATO 1997-ci il sərhədlərinə geri dönəcəksə, Finlandiya və İsveç NATO-dan çıxarılması ilə bağlı məsələ gündəmə gələcəksə, bu barədə qərarın verilmə hüququ böyük ölçüdə, Finlandiya və İsveçin özünə aid məsələdir. Finlandiya və İsveçin yaxın vaxtlarda NATO-dan çıxmaqla bağlı qərar verəcəkləri inandırıcı görünmür. Hazırda bütün Avropada olduğu kimi Finlandiya və İsveçdə də Rusiyanın aqressiv davranışlarından, yaxın gələcəkdə Avropa məkanına hərbi təhdid yarada biləcəyindən narahatdır. Böyük ehtimal ilə Finlandiya və İsveç NATO-dan çıxmaqla bağlı məsələnin reallaşdırılmasına razılıq verməz", - deyə E.Xalidbəyli vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Fevral 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri