Tramp Folklend məsələsində Britaniyaya dəstək verməyəcəyinə işarə edib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
London, 3 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Argentina ilə Folklend adaları ətrafında suverenlik mübahisəsinin dərinləşdiyi bir vaxtda Argentinanın adalara mümkün müdaxiləsi halında Böyük Britaniyaya dəstək verməyəcəyinə işarə edib.
AZƏRTAC xəbər verir ki, Donald Tramp “GB News” telekanalına müsahibəsində Argentinanın Folklend adalarına yenidən müdaxilə edəcəyi təqdirdə ABŞ-nin Böyük Britaniyaya yardım edib-etməyəcəyi ilə bağlı suala cavab verib.
“Ölkəniz mənə kömək etmək üçün yanımda olmadı”, – deyə ABŞ Prezidenti bildirib. Tramp bununla Böyük Britaniyanın İranla müharibədə ABŞ-yə kifayət qədər dəstək vermədiyini nəzərdə tutub. ABŞ Prezidenti xatırladıb ki, 1982-ci ildə Argentina ilə Böyük Britaniya arasında Folklend adaları uğrunda baş vermiş müharibəni yaxından izləyib və Britaniyanın həmin dövrdəki fəaliyyətini yüksək qiymətləndirib.
Bununla yanaşı, Tramp hazırda Böyük Britaniyanın əvvəlki illərlə müqayisədə fərqli vəziyyətdə olduğunu söyləyib.
“Folklend məsələsi çox maraqlıdır, çünki ölkəniz 20-25 il əvvəlki ölkə deyil”, – deyə o qeyd edib.
Tramp daha əvvəl ABŞ-nin Folklend adaları üzərində Britaniyanın suverenliyinə dair mövqeyini nəzərdən keçirdiyini bildirmişdi. Folklend adaları üzərində suverenlik Böyük Britaniya ilə Argentina arasında uzun illərdir mübahisə mövzusudur. 1982-ci ildə Argentina adalara qoşun yeritdikdən sonra iki ölkə arasında təxminən 10 həftə davam edən müharibə baş verib. Münaqişə Britaniyanın qələbəsi ilə başa çatıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 03 Sentyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















