Tramp gəlininə yeni vəzifə verdi FOTO
Icma.az bildirir, Milli.az portalına istinadən.
Yenidən ABŞ prezidenti seçilən Donald Tramp Yunanıstandakı səfir vəzifəsinə oğlu kiçik Donald Trampın nişanlısı Kimberli Quilfoylun namizədliyini irəli sürüb.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Quilfoyle sosial mediada Trampın namizədliyini qəbul etdiyini açıqlayıb.
Tramp Quilfoyle ilə bağlı bu açıqlamaları verib: "Kimberli uzun illərdir yaxın dost və müttəfiqdir. Onun hüquq, media və siyasət sahəsindəki zəngin təcrübəsi kəskin zəka ilə birləşərək onu ABŞ-ı təmsil etmək və müdafiə etmək üçün yüksək ixtisaslı namizəd edir".
Sosial media hesabında Trampın namizədlik təklifini qəbul etdiyini açıqlayan Quilfoyle "Prezident Trampın Yunanıstandakı səfir vəzifəsinə namizədliyini qəbul etməkdən şərəf duyuram və ABŞ Senatının dəstəyini almağı səbirsizliklə gözləyirəm. Prezident Trampın tarixi qələbəsi Amerika xalqına və bütün dünyada azadlıqsevər müttəfiqlərinə ümid və nikbinlik gətirir" .
Nərmin
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 11 Dekabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















