Icma.az
close
up
RU
Tramp “gözləyin” deyir, Netenyahu israrlıdır: İranın iki ay vaxtı qalıb

Tramp “gözləyin” deyir, Netenyahu israrlıdır: İranın iki ay vaxtı qalıb

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-İran münasibətlərindəki gərginlik fonunda çoxlu sayda xəbərlər yayılır.

Tribunainfo.az xəbər verir ki, sabah Romada keçiriləcək növbəti danışıqlar raundundan nəticə əldə ediləcəyinə ümid çox azdır.

Belə ki, İran ABŞ-ın bir sıra tələblərini yerinə yetirməyəcəyini bəyan edib. Bu ölkənin dini lideri Əli Xamineyi deyib ki, onlar 2015-ci ildəki səhvləri təkrarlamaq fikrində deyillər. Yəni, həmin vaxt nüvə proqramı məsələsinə müəyyən güzəştlərə gedən İran, analoji addımı atmaq fikrində deyil.

Qeyd edək ki, denən Rusiyaya səfər edən İran XİN başçısı Abbas Ərqaçı Putin və digər rəsmilərlə görüşüb. O, Xamineyinin şəxsi məktubunu da Putinə çatdırıb.

Politoloq Əlireza Namvar Həqiqi deyir ki, Əraqçinin Rusiyaya səfərinin bir neçə məqsədi var. “Bunlardan ən başlıcası, ABŞ-la danışıqların nəticəsiz qalacağı təqdirdə müdafiə və təhlükəsizlik məsələlərində Rusiyadan yardım istəməkdir”.

Hərçənd ABŞ-ın hərbi vasitələrə əl atması barədə hər hansı tərpənişi müşahidə olunmur. Düzdür, İrana yaxın hərbi bazalara ağır bombardmançı təyyarələrin gətirilməsi, bəzi iri gəmilərin bölgəyə yönləndirilməsi hallar baş verib. Lakin dünən ABŞ prezidenti Donald Trampın açıqlaması və “The New York Times” qəzetinin yaydığı xəbər müharibə riskinin xeyli aşağı olduğunu göstərir.

Önəcəliklə qəzetin yazdığına diqqət edən. “İsrail bu ilin may ayında İranın nüvə obyektlərinə zərbələr endirmək niyyətində idi. Lakin ABŞ prezidenti Donald Tramp bunun tərəfdarı deyil.  Çünki Tramp İranla fikir ayrılıqlarını diplomatik yolla həll etməyə üstünlük verib və aprelin əvvəlində İsraili ABŞ-ın belə bir hərbi əməliyyat keçirməyə kömək etməyəcəyi barədə məlumatlandırıb”.

Dünən ABŞ prezidenti Donald Tramp verdiyi açıqlamasında da qəzetin yazdığını dolayısı ilə təsdiqləyib: “Düşünürəm ki, İran böyük bir ölkə olmaq və sülh və əmin-amanlıq içində, ölüm və məhv olmadan yaşamaq imkanına malikdir. Ona görə də, mən tələsmirəm”.

Bu əsnada İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəklərini bəyan edib.

İsrailin “Hayom” qəzeti isə “İran danışıqları təxirə sala bilməz, iki ay vaxtı var” deyə məlumat yayıb.

Fərda Uğur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 Aprel 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri