Icma.az
close
up
RU
Tramp haqda bilmədiyiniz maraqlı faktlar: Cəfərov

Tramp haqda bilmədiyiniz maraqlı faktlar: Cəfərov

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

İki məsələyə aydınlıq gətirmək istəyirəm. Daha doğrusu, iki oturuşmuş fikri təkzib edəcəm.

Gununsesi.info xəbər verir ki, bu sözləri öz yazısında siyasi şərhçi Kamran Cəfərov deyib.

Sözügedən mətni təqdim edirik:

Gəlin, buradan başlayaq.

Birincisi: “İlk silahları Ukraynaya Tramp vermişdi”

Bu, həqiqətdirmi?

…2014-cü ilin Konqresə ara seçkilərdə Respublikaçılar demokratlar üzərində dağıdıcı qələbə əldə etmişdilər və hər iki palata onların nəzarətinə keçmişdi. O zaman Prezident Barak Obama idi. Qanunvericiliyə görə, istənilən palatada(Senat ya da N/P) çoxluğu əldə edən partiya bütün komitələrə sədrləri təyin edir.

2015-ci ildə mərhum Con Makkeyn isə Senatın Silahlı Qüvvələr üzrə Komitənin sədri təyin olunmuşdu.

Bundan sonra, Obama Ukraynaya İLK kontrbatareya radarlarının verilməsi və ən əsası, Ukraynaya amerikalı hərbi instruktorların göndərilməsi qərarını imzalayır.(2015-ci ildə ilk instruktorlar Yavorivə gəlmişdilər).

2016-cı ildə Tramp seçkilərdə qalib gəlir və ənənəvi respublikaçıların(Makkeyn başda olmaqla)təzyiqilə Müdafiə naziri vəzifəsinə “quduz it” ləqəbli Ceyms Mettisi təyin edir.

Mettis “qırğılar” və “Ukraynanın dostları” sırasında idi.

2017-ci ildə Mettislə Makkeyn birləşib Trampın masasına Ukrayna 47 milyon dollar dəyərində “Javelin”lərin göndərilməsini nəzərdə tutan sənədləri qoyurlar. Tramp müyyən müqavimət göstərməyə çalışdı, amma sonra o və Makkeyn/Mettis konsensusa gəldilər.

Silahlar Ukraynaya göndəriləcək, amma bu silahlar Qərbi Ukraynanı tərk etməməlidir, yəni münaqişə bölgəsində(Şərqi Ukrayna) istifadə olunmamalıdır.

Konqres də bu təşəbbüsü qısa zaman ərzində təsdiqlədi.

Sonra nə baş verir?

2018-ci ildə Konqresə ara seçkilərdə Demokratlar Senatı yenə uduzsalar da, Nümayəndələr Palatasında çoxluğu əldə ediblər və N/P-nin spikeri Nensi Pelosi təyin olunur.

2019-cu ildə Pelosi, bundan qabaq qəbul olunan proqram vasitəsilə Trampın iştirakı və razılığı olmadan(!!!) Ukraynaya 400 milyon dollar dəyərində hərbi yardım paketini Konqresdə qəbul etdirir. Bu, məhz Konqresin təşşəbüsü idi.

2019-cu ildə Tramp və Zelenski arasında telefon danışığı baş tutur və Tramp Zelenskidən Baydenı qarşı kompromatın əldə olunmasını(“Burisma işi”) xahiş edir. Zelenski düşünmək üçün vaxt istəyir və bu vaxt ərzində Tramp Konqresin ayırdığı hərbi yardım paketini bloklayır.

Məhz buna görə də Trampa 1-ci dəfə impiçment elan olunmuşdu.

İndi siz deyin, Trampın o paketi bloklanmasından başqa Ukraynaya hərbi yardımların göstərilməsində hansı xidməti olub?

Sual isə ritorikdir.

İkinci məsələ isə budur:

“Tramp Suriyada 400 rusu vurmuşdu”

2018-ci 7-8 fevral tarixində Əsədin ordusu və “Vaqner”lər ABŞ-ın nəzarətində olan Neft Emalı Zavodunu nəzarətə keçmək istədilər. “Quduz it” Mettisə məruzə ediləndə ki, əsədçilərlə “Vaqner”lərin kolonu yazınlaşır, Mettis dərhal Şoyquya zəng vurur.

Şoyqu disə deyir:  “Bu, biz deyilik”.

Beləliklə, Mettis onları məhv etmək əmri verir, əmr yerinə yetirilir.

Məsələ ondadır ki, məhz o zaman Şoyqu və Priqojin arasında intriqaların başlanğıcı dövrü idi və Şoyqu bilirdi ki, amerikalılar “Vaqner”ləri darmadağın edəcək. Şoyqu bunu bilərəkdən edib və illər keçəndən sonra, Priqojin bunu dəfələrlə səsləndirmişdi, sona kimi Şoyquya bağışlamamışdı.

Başqa sözlərlə, 2018-ci il hadisələrində Rusiya MN “Vaqner”i “özünkülər” kimi qəbul etmədi və nəticə özünü gözlətməmişdi.

Nəticələri isə özünüz çıxardın.

Deməyim budur ki, Trampın bu işlərdə heç bir əməyi olmayıb və heç bir formada, heç zaman ruslarla toqquşmaya getməyib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri