Icma.az
close
up
RU
Tramp haqqında sensasiyalı kitab Prezident yazılanlara hiddətləndi

Tramp haqqında sensasiyalı kitab Prezident yazılanlara hiddətləndi

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trump haqqında yazılmış “Regime Change: Inside the Imperial Presidency of Donald Trump” (“Rejim dəyişikliyi: Donald Trampın imperiya tipli prezidentliyinin iç üzü”) adlı yeni kitab satışa çıxdıqdan sonra ilk həftədə 300 mindən çox nüsxə satılıb.
Modern.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi “Simon & Schuster” nəşriyyatının məlumatına istinadən məlumat yayıb.

Nəşriyyatın məlumatına görə, bu rəqəmə əvvəlcədən verilmiş sifarişlər, çap və elektron kitabların satışı, audiokitablar, eləcə də yüksək tələbat səbəbindən hələ yerinə yetirilməmiş sifarişlər daxildir. Kitab artıq üçüncü dəfə əlavə tirajla çap olunur — ilk tiraj kitab mağazalarında və Amazon-da qısa müddətdə satıldıqdan sonra əlavə 200 min nüsxə sifariş edilib.

Nəşriyyat bildirir ki, bu, 2026-cı ildə nəşr olunmuş bütün sərt üzlü qeyri-bədii kitablar arasında ilk həftə satışları üzrə ən yüksək göstəricidir.

Kitabın müəllifləri Meggi Haberman və Conatan Suondur. Hər iki jurnalist “The New York Times” nəşrində çalışır. Kitabda Donald Trampın ikinci prezidentlik müddətinin ilk 14 ayından bəhs edilir. Müəlliflər Ağ Evin Qərb qanadında, prezident iqamətgahında, Mar-a-Lago malikanəsində, prezident təyyarəsində və dövlət başçısının xarici səfərləri zamanı baş verən hadisələri təsvir edirlər.

Donald Tramp isə kitabı kəskin tənqid edərək onun “əksər hissəsinin uydurma” olduğunu bildirib.

Müəlliflər kitabda hərbi qərarların qəbul edilməsi prosesini, Ədliyyə Nazirliyindən siyasi rəqiblərə qarşı istifadə olunmasını, Trampın nüfuzlu siyasi fiqurlarla apardığı danışıqları, həmçinin onun Ağ Evin xarici görünüşünün və daxili quruluşunun dəyişdirilməsinə göstərdiyi diqqəti ətraflı təsvir edirlər.

Kitabın əsas ideyalarından biri ondan ibarətdir ki, Trampın öz fikrincə, əgər o, 2020-ci il seçkilərində məğlub olmasaydı, ikinci prezidentlik dövründə bu qədər geniş siyasi imkanlara malik olmayacaqdı.

Müəlliflərin qənaətinə görə, məhz bu amil ona daha qətiyyətli davranmağa, formalaşmış siyasi normaları yenidən nəzərdən keçirməyə, dövlət institutlarında islahatlar aparmağa və prezident səlahiyyətlərinin sərhədlərini genişləndirməyə imkan verib.

“Simon & Schuster” nəşriyyatında bildiriblər ki, kitab artıq ictimai müzakirələrin mühüm hissəsinə çevrilib və ehtimal ki, Donald Trampın ikinci prezidentlik dövrünü əks etdirən tarixi sənəd kimi əhəmiyyətini qoruyub saxlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 İyul 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri