Tramp hədələdi! Bu halda ABŞ İranı hədəfə alacaq...
Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Tramp mümkün sui-qəsd cəhdi halında İrana qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirilməsi ilə bağlı əvvəlcədən göstəriş verdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım edib.
O bildirib ki, mümkün hücum halında ABŞ ordusu İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməyə hazırdır.
“Artıq əmrlər verilib və ABŞ ordusu bir il ərzində, uzadılma ehtimalı ilə, İranın hər bir hissəsini tamamilə məhv etməyə hazırdır, istəklidir və qadirdir. Allaha həmd olsun!”, – Tramp paylaşımında yazıb.
Tramp bildirib ki, “İrana qarşı 1000 raket artıq hədəfə yönəldilib” və Tehran tərəfindən belə bir addım atılacağı təqdirdə ABŞ dərhal cavab verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 11 İyul 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















