Icma.az
close
up
RU
Tramp hədələmir, Baydenin edə bilmədiyini bir imza ilə reallaşdıracaq, bunu Putin də bilir...

Tramp hədələmir, Baydenin edə bilmədiyini bir imza ilə reallaşdıracaq, bunu Putin də bilir...

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin yeni prezidenti Donald Tramp andiçmə mərasimindən sonra Zelenskinin sülhə hazır olduğunu, Putinin isə soyuq baxdığını bildirib. O həmçinin Rusiya prezidenti ilə görüşəcəyini deyib. “Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq”, - Ağ Evin yeni sahibi bildirib. Digər tərəfdən, Trampın seçki prosesi zamanı verdiyi sözlərdən biri də müharibəni bitirəcəyi ilə bağlı idi. 

Bu konteksdə, Tramp-Putin görüşü baş tutarsa, müharibə bitə bilərmi? Ağ Ev sahibi “Rusiyanın böyük problemləri olacaq” deməklə nəyi nəzərdə tutur?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri bildirdi ki, bir görüşlə müharibənin bitəcəyini düşünmür. Müsahibimiz qeyd etdi ki, Rusiya rəhbərliyi sülhə hazır olduqlarını bildirsə də, Putinin tələbləri bunun əksini iddia edir:

“Çünki Putin Ukraynanın NATO-dan birdəfəlik imtinasını, daimi neytrallığını, ordusunun dəfələrlə azaldılması və silahsızlaşdırılmasını tələb edir. Təbii ki, işğal olunmuş ərazilərin ilhaq olunması və tanınmasını istəyir. Bu da dolayısıyla Ukraynanın parçalanıb məhv edilməsinə yol açır, buna da rəsmi Kiyev razı ola bilməz. Eyni zamanda ona dəstək verən Qərb dünyası da razı olmamalıdır, çünki bu, elə bir qalibiyyət olar ki, nəticələri bütün Qərbi vurar, NATO-nu parçalayar. Bu baxımdan, bir görüşlə bu məsələ həll olunmayacaq. Burada söhbət sadəcə Ukrayna-Rusiya maraqlarından getmir. Məsələ Qərb-Rusiya qarşıdurmasıdır. Avropa Birliyi, Qərb dünyasının təhlükəsizliyi məsələləri var. Həmçinin Zelenski ədalətli müharibə nəticələrindən danışır. Belə olduğu təqdirdə, Rusiya getdikcə iddialarının dozasını da artırmağa davam edir. Bu da indiki vəziyyətdə Rusiyanın münbit mühitdən yararlanmaq istəyi ilə başa düşülür. Hesab edir ki, Tramp müharibənin bitməsində maraqlı olduğu üçün bu cür sərt şərtlər ortaya qoyarsa, Ağ Ev sahibi həm Ukraynaya yardımı kəsə, həm də Avropa Birliyinə təzyiq edə bilər, nəticə etibarilə, Rusiyanın istəyinə çatması mümkün olar. Ancaq bu belə deyil. Çünki Donald Tramp qərarları tək verəcək şəxs deyil. Ortada Pentaqon, xüsusi xidmət orqanları var. Konkret təhlil və hesabatlarla çıxış edərək Trampa təqdimat edəcəklər. Yalnız bundan sonra qərarlar veriləcək”.

Müsahibimiz bildirdi ki, bu məsələdə Putinin istəkləri o qədər yer almayacaq:

“Müharibənin bir gün və ya bir ay ərzində bitəcəyi ehtimalı ciddi deyil. Fikir verirsinizsə, Trampın seçki prosesində danışdığı tonla andiçmə mərasimində danışdığı ton çox fərqlidir. Vladimir Putini zamanında tərifləyən, müharibəni bir gündə bitirəcəyini deyən Tramp bu gün Rusiya prezidentini ittiham edir. Bu günə qədər bir milyon rus əsgərinin öldürüldüyünü, bundan sonra daha ağır itkilərlə üzləşə biləcəyi ehtimalından danışır. Bu o deməkdir ki, Putin şərtlərin dozasını qaldırdığı və sülh prosesinə əngəl olduğu təqdirdə, ABŞ Ukraynaya daha ciddi strateji silahlar, uzaqmənzilli raketlər verə bilər. Bu isə Rusiyanın itkilərini təkcə sərhəd bölgəsində artırmaz, həm də uzaqda yerləşən bütün strateji obyektlərini məhv edə bilər. Tramp bunu nəzərdə tutur. Yəni bütün sənaye obyektlərinin məhv olunmasından sonra Rusiya dövlətinin gələcəyinin nə qədər təhlükədə olduğuna işarə edir. Düşünürəm ki, görüşdə bu ehtimallar Tramp tərəfindən Putinə çatdırılacaq. Bundan sonrakı proseslər də məhz Rusiya rəhbərliyinin verəcəyi qərardan asılı olacaq. Donald Trampın xəbərdarlığı həm də çox ciddi sanksiyaları özündə ehtiva edir.  Fikrimcə, görüşdə bunlar Rusiya prezidentinin nəzərinə çatdırılacaq. Yəni Putin sülh danışıqlarına razı olmadığı təqdirdə, daha ağır iqtisadi sanksiyalar tətbiq olunacaq. Paralel olaraq, Baydenin və Avropa Birliyinin bu günə qədər verə bilmədiyi qərarı Donald Tramp bir imza ilə həyata keçirmiş olacaq. Trampın bunu edəcəyini Putin də bilir. Söhbət dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsindən gedir. Bu günə qədər dondurulmuş Rusiya aktivlərinin sadəcə banklarda olan faizləri Kiyevə qismən verilib. Ancaq bütövlükdə 300 milyard dollardan artıq vəsaitdən söhbət gedir. Bunun Ukraynaya verilmə ehtimalı mövcuddur. Düşünürəm ki, Donald Tramp hədələyərkən, həm də bu amilləri nəzərdə tutur”.

Günay Rəsulqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 Yanvar 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri