Tramp HƏMAS ı tərksilah etmək öhdəliyini yerinə yetirməyə ÇAĞIRDI
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Donald Tramp bildirib ki, HƏMAS İsrailə son girovun cəsədini tapmaqda kömək edib.
Bizim.Media xəbər verir ki, ABŞ prezidenti Axios-a müsahibəsində həmçinin HƏMAS-ı tərksilah etmək öhdəliyini yerinə yetirməyə çağırıb.
Bu, 2023-cü il oktyabrın 7-də İsrailin cənubunda HƏMAS-la döyüşdə həlak olmuş Ran Gvilinin cəsədi ötən gün tapıldıqdan sonra baş verib.
Trampın sözlərinə görə, cəsədin axtarışı və identifikasiya prosesi “çox ağır” olub, çünki axtarış qrupları həmin ərazidə yüzlərlə cəsədi nəzərdən keçirməli olublar:
“Bu, çox çətin səhnə idi. Onlar cəsədi qaytarmaq üçün çox çalışdılar. İsraillə birlikdə işlədilər. Siz təsəvvür edə bilərsiniz, bu nə qədər çətin idi. İndi biz HƏMAS-ı tərksilah etməliyik, onlar da buna söz vermişdilər”.
O həmçinin bildirib ki, cəsəd qaytarıldıqdan sonra İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıb və Netanyahu sevincini gizlətməyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 Yanvar 2026 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















