Tramp: Həyat yoldaşım Ukraynada axan qanı dayandırmaq istəyir
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp Ukraynaya "Patriot” hava hücumundan müdafiə sistemləri göndərmək qərarına həyat yoldaşının təsiri ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, ABŞ lideri bu barədə brifinqdə açıqlama verib.
"Melaniya çox ağıllı, neytral insandır. Mənim kimi o, sadəcə insanların ölməsini dayandırmasını istəyir", deyə Tramp Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərlə söhbəti zamanı deyib. Brifinq ABŞ prezident administrasiyasının YouTube kanalında yayımlanıb.
Ağ Evdə keçirdiyi mətbuat konfransında Tramp daha əvvəl demişdi: "Mən evə gəlirəm və birinci xanıma deyirəm ki, "Bilirsiniz, mən bu gün Vladimir ilə danışdım. Əla söhbət etdik". O deyir ki, doğrudanmı, başqa bir şəhər vuruldu".
İyulun 14-də Britaniyanın "The Times” qəzeti ərinin qərarlarında Melaniya Trampın rolunun lazımınca qiymətləndirilə biləcəyini yazıb. Qəzet xatırladır ki, xanım Tramp Sloveniyada anadan olub, Aİ pasportunu özündə saxlayır və Rusiya ilə münaqişədə Ukraynanı dəstəkləyir.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 16 İyul 2025 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















