Tramp Hindistan və Pakistan arasında baş verənlər haqqında: Bu, biabırçılıqdır
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Hindistanın Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdəki hədəflərə endirdiyi son raket zərbələrini “biabırçılıq” adlandırıb.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp son saatlarda baş verən eskalasiya barədə yeni məlumat aldığını bildirib.
“Yeni eşitdim. Bu gərginliyin artması biabırçılıqdır. Onlar onilliklər deyil, əsrlərlə müharibə aparıblar. Ümid edirəm ki, bu, tezliklə sona çatacaq”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, Hindistan və Pakistan arasında gərginlik artmaqda davam edir. Hindistanın “Sindur” əməliyyatı çərçivəsində Pakistan ərazisindəki bir neçə hədəfi vurduğu, Pakistanın isə iki Hindistan təyyarəsini vurduğunu açıqladığı bildirilir.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 07 May 2025 01:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















